Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

“Şahdəniz-2” layihəsində 5 milyonluq yeni müqavilə

Avqust 01
14:15 2014

“APA-Economics” xəbər verir ki, neft və qaz sənayesi xidmətlərinin təchizini reallaşdıran “Petrofac” beynəlxalq şirkəti “Şahdəniz-2” layihəsinin operatoru olan BP şirkəti ilə texniki dəstək imkanlarının göstərilməsinə dair müqavilə imzalayıb.

“APA-Economics”-in “Petrofac” şirkətinə istinadən yaydığı məlumata əsasən, dəyəri 5 mln. funt sterlinq olan layihə Xəzərin Azərbaycan sektorunda dünyanın ən iri qaz yataqlarında birində yeni sahil, dəniz və boru kəmərlərinin aktivlərini əhatə edir.

Müqavilədə şirkət tərəfindən etibarlılıq, dəstək strategiyasının hazırlanması, avadanlığın siyahısının yoxlanılması, o cümlədən texniki avadanlığın idarə edilməsinə dair kompüterləşdirilmiş sistemin hazırlanması nəzərdə tutulub.

“BP-ni ən iddialı layihələrdən birində dəstəkləməyə və bizim yüksəkixtisaslı məsləhətçilər, mühəndislər, mədənçiləri və analitiklərlə təmin etməkdən şadıq”, – deyə müqavilənin imzalanması ilə bağlı şirkətin nümayəndəsi Stiv Conson bildirib.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 689 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN