Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanda dünyada ən hündür göydələnin inşasına başlanılıb

Aprel 05
14:56 2014

Kingdom Tower layihəsinin taleyi demək olar ki, üç il naməlum idi. İndi isə bütün təşkilati çətinliklər artıq həll olunub, və tikinti aktiv mərhələyə keçib. Bu barədə “Hi-news” xəbər verir.

Bu göydələnin Səudiyyə Ərəbistanın Ciddə şəhərinin ərazisində tikintisi barədə ilk dəfə uzaq 2000-ci ildə elan edilmişdi. 2008-ci ildən başlayaraq, bu layihəyə bir neçə dəfə start verilmiş, lakin təşkilatçıların yolunda yaranan müxtəlif çətinliklər səbəbi ilə dayandırılmışdır. Və, nəhayət ki, bu iş yerindən tərpəndi.

Hal-hazırda Kingdom Tower göydələninin layihəsi təxminən 1007 metr hündürlükdə planlaşdırılır. Hərçənd ilkin sənədlərdə mühəndislər onu daha hündür etmək istəyirdilər. Görünür ki, müəyyən səbəblərdən nəhəng binanın hündürlüyünü bir az azaltmaq lazım olub. Bununla belə göydələn dünyada ən hündür tikili kimi qanuni yerini qoruyub saxlayır.

Kingdom Tower sonra ikinci yeri 828 metr hündürlükdə olan Dubayın hamıya məlum Bürc-Xəlifə göydələnini tutur. Üçüncü yerdə inşası ancaq 2015-ci ildə bitəcək 660 metr hündürlüklü Pinan Beynəlxalq maliyyə mərkəzidir.

Kingdom Tower inşası üçün ayrılmış tikinti meydançasında bu günə qədər yalnız 100 metr dərinliyinə vurulmuş nəhəng bünövrə dirəkləri var idi. Və bu ana kimi məlum deyildi – nəhəng qurğunun tammiqyaslı inşası başlayacaqmı və ya yaradıcıları öz lovğa fikirlərindən imtina edəcəklər.

Mütəxəssislərin proqnozlarına görə 2020-ci il üçün ən hündür göydələnlər Mütəxəssislərin proqnozlarına görə 2020-ci il üçün ən hündür göydələnlər

Britaniyanın BD Online xəbər portalı layihənin yenidən işə düşdüyünü bildirir. İnvestorlar nəhayət ki, səxavətə gəlib lazımi 1,2 milyard dolları tikintiyə qoyub, inşaat isə artıq aprelin 27-də başlanacaq. Tikintinin başına Britaniyanın EC Harris and Mace şirkəti təyin edilmişdir. Şirkət müqavilənin şərtlərinin icrasına başlamağa artıq hazırdır. 2012-ci ildə bu tikinti şirkəti Londonda 306 metrlik The Shard göydələnini inşa edib.

Kingdom Tower qalasına dair hələ çox açıq sual var. Məsələn, 1007 metr hündürlükdə yaşama insanın orqanizminə necə təsir edə bilər. Və ya göydələnin daxilində lift sisteminin reallaşdırılması məsələsi. Mövcud modellər uzunluğu 500-600 metrdən artıq olmayan kabel nəzərdə tutur, çünki onlar ağır çəkiyə görə bundan artıq uzunluğa davam gətirməyəcəkdir.

Bu, həmçinin bir çox başqa problemləri Britaniya şirkətinin mühəndisləri ən yaxın vaxta həll etməli olacaq. Bizə isə tikintinin gedişini müşahidə etmək və final nəticələri gözləmək qalır.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “İnsanlar hündür binalar tikməkdə rəqabət aparmayınca Qiyamət qopmaz” (“Səhih əl-Ədəb əl-müfrəd” 449).

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3021. 084 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN