Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Səudiyyəli nazir nümayəndə heyəti ilə Bakıya gələcək

Aprel 30
13:25 2015

Nazirlik məlumat yaydı.

2015-ci ilin may ayında Səudiyyə Ərəbistanı Krallığının Ticarət və Sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gələcək.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaimi ilə görüşü zamanı səsləndirilib.

Nazirliyin məlumatına görə, görüşdə Şahin Mustafayev neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

O cümlədən qonaq, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb, iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 623 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN