Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Səfir: Küveyt aqrar sahədə Azərbaycanla sıx əməkdaşlıq niyyətindədir

Fevral 06
16:13 2015

Azərbaycan məhsullarının böyük hissəsi üçüncü ölkə vasitəsilə Küveytə aparılır.

Küveyt kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir. Kənd təsərrüfatı məhsullarının 95 faizini xaricdən idxal edən Küveyt aqrar sahədə Azərbaycanla da sıx əməkdaşlıq qurmaq niyyətindədir.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev bildirib.

Onun sözlərinə görə, Küveyt biznesi artıq Azərbaycanın kənd təsərrüfatı bazarına çıxıb.

Səfir qeyd edib ki, Küveytdən olan bəzi iş adamları artıq ölkənin regionlarında torpaq sahələri icarəyə götürərək fermer təsərrüfatları yaradıblar və onlar gələcəkdə də bu sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Diplomatın sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yaxşı perspektivlər mövcuddur. Rzayev bidirib ki, Azərbaycan öz məhsullarının Küveytə ixracı üçün böyük potensiala malikdir: “Küveyt bazarları Azərbaycan istehsalı olan kifayət qədər çoxlu məhsul təklif edir – xalçalar, kənd təsərrüfatı məhsulları buraya birbaşa deyil, üçüncü ölkələr, İran, Türkiyə və ya Dubay vasitəsilə gətirilir. Məsələ iki ölkə arasında birbaşa aviaəlaqənin olmamasındadır. Birbaşa aviaəlaqənin olmaması iki ölkə arasında əmtəə dövriyyəsinin artımına təsir edir”.

Səfir hər iki ölkənin üzərində çalışdığı birbaşa aviareysin açılmasının ticarət əlaqələrinin və turist axını artımına müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib.

T.Rzayev turizmi Azərbaycan və Küveytin əməkdaşlığında perspektivli sahə hesab edir.

Onun sözlərinə görə, təkcə ötən il mindən artıq küveytli turist Azərbaycana səfər edib.

Səfirin fikrincə, iki ölkənin əməkdaşlığı üçün daha bir meydan “Baku White City” layihəsi çərçivəsində çoxmərtəbəli yaşayış evlərinin tikintisidir: “Вu ilin aprelində “Baku White City” layihəsi çərçivəsində küveytli sərmayəçilərin ilk layihəsi olan “Кuwait Tower”-in təməli qoyulacaq”.

100 faiz Küveyt kapitalına malik AVEY şirkəti əvvəllər “Baku White City” layihəsinin bir hissəsi olan Bakının ən qədim parklarından sayılan Nizami parkında yaşayış binasının tikintisi layihəsinin investoru olub.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 466 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN