Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı neftdən imtina edə bilər

May 23
14:07 2015

2040-cı ildə Səudiyyə Ərəbistanı neftdən imtina etməyə hazır olacaq.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Krallığın neft və təbii sərvətlər naziri Əli əl-Naimi bildirib.

Əl-Naimi hesab edir ki, gələcəkdə onun ölkəsi günəş və külək enerjisi bazarında qlobal oyunçuya çevriləcək. Son nəticədə Krallıq xaricə karbohidrogen yox, elektrik enerjisi ixrac edəcək.

Eyni zamanda nazir vurğulayıb ki, hazırda dünyada bir milyarddan çox insan elektrik enerjisiz yaşayır. Ona görə də yanacağa olan ehtiyac hələ qüvvədə qalacaq.

Ərəb nazirin fikrincə, neft qiymətlərinin aşağı düşməsi, günəş elektrik stansiyalarını qeyri-rentabelli etmir. Nazir inanır ki, günəş enerjisindən istifadə iqtisadi cəhətdən neft və qaz hasilatdan daha səmərlidir.

Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi, (müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi, gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)

“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 620 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN