Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı neftdən imtina edir

Mart 18
18:53 2016

Səudiyyə Ərəbistanı hökuməti əsas gəlir qaynağı və enerji resurslarının mənbəyi olan neftdən imtina etməyə hazırlaşır.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, krallıq bərpa olunan enerji mənbələrini diqqət mərkəzində saxlamaq niyyətindədir. Bu barədə ölkənin neft naziri Əli əl-Naimi bildirib.

“Düşünürəm ki, bərpa olunan enerji siyasətində Səudiyyə Ərəbistanından da ideal dövlətlər var”, – deyə nazir söyləyib.

O, bunun krallıqda günəş işığının bolluğu, çoxsaylı istifadə olunmamış sahələr, eləcə də artıq qumla bağlı olduğunu qeyd edib: “Günəş elektrostansiyalarının tikintisi üçün bunlardan başqa heç nə lazım deyil. Yaxın 50 ildə bütün dövlətlərin neftdən tamamilə imtina edə biləcəyinə inanıram”.

Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 12-ci ayə)

“Uca Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin ulduzlar sizə xeyir versin, sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısınca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir, onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar, kollar boy atır, həm yerə, həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 671 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN