Səudiyyə Ərəbistanı neftin qiymətini ucuzlaşdıracaq
772 dəfə baxılıb
Səudiyyə Ərəbistanı oktyabrda ABŞ və Şimal-Qərb Avropadakı müştəriləri üçün neftin qiymətini aşağı salmaq niyyətindədir.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə “Bloomberg” xəbər verib.
Məlumata görə, Səudiyyə Ərəbistanının nefti ABŞ və Avropadakı müştəriləri üçün sentyabrdakı qiymətlərlə müqayisədə bir barelə görə 0,5–0,9 dollar ucuzlaşacaq. Ən çox “ağır neft”in ucuzlaşacağı bildirilir. Oktyabrdan başlayaraq onun qiyməti Brent markalı neftin orta qiymətindən 7,35 dollar aşağı salınacaq.
ABŞ-dakı müştərilər Light və Heavy markalı neftin bir barelini 0,6 dollar aşağı qiymətlə əldə edəcək. Oktyabrda “yüngül” neftin bir barelinin qiyməti ASCI indeksindən 0,95 dollar yuxarı, “ağır” neftin bir bareli isə – indeksdən 0,95 dollar aşağı olacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)
Uca Allah, həmçinin buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)