Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Rusiya neft bazarına nəzarət barədə razılığa gəliblər

Sentyabr 05
15:46 2016

Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəliblər.

Selefxeber.az-ın məlumatına görə “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novakov və Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid ibn Əbdül Əziz əl-Faleh tərəfindən imzalanmış, ölkələrin birgə bəyanatında deyilir.

“Nazirlər neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə iri istehsalçı ölkələr arasında konstruktiv dialoq və sıx əməkdaşlığın xüsusi vacibliyini qeyd ediblər. Bununla əlaqədar, nazirlər digər neft istehsalçıları ilə birgə və ya kooperasiyada fəaliyyət göstərmək haqqında razılığa gəliblər”, – bəyanatda deyilir.
Bundan başqa, nazirlər neft bazarında vəziyyət üzrə məsləhətləşmələrin davam etdirilməsi və birgə monitorinq işçi qrupunun yaradılması haqqında razılığa gəlib. Həmin işçi qrup neft bazarının fundamental göstəricilərini izləyəcək və bazarın sabitliyini təmin etmək üçün tədbirlər və birgə fəaliyyət üzrə tövsiyələr hazırlayacaq.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 665 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN