Səudiyyə Ərəbistanının KİV-ləri Bakıda keçirilən konfransdan yazır
855 dəfə baxılıb
Noyabrın 26-27-də Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransında Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun nümayəndə heyətinin iştirakı bu ölkənin “Saudi Press Agency” rəsmi informasiya agentliyi, eləcə də “Al Hayat”, “Okaz”, “Al Sharq” və “Al Eqtisadiah” kimi kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
“Sələf Xəbər”-in AzərTAc-a istinadən məlumatına görə, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən KİV-lərdə yayılan yazılarda Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumunun planlaşdırma, nəzarət və fərqlənmə üzrə icraçı direktoru xanım Ğadə bint Əbdürrəhman Əs-Sübeyeinin həmin konfransda çıxış etdiyi bildirilib.
Onun çıxışında Səudiyyə Ərəbistanında iqtisadiyyatın istehsal potensialının çoxşaxəli olmasının əhəmiyyəti və rəqabət qabiliyyətinə malik davamlı iqtisadi inkişafın təşviqi, insan kapitalının inkişafı, iş yerlərinin artırılması, iqtisadi və sosial inkişafda iştirak yolu ilə özəl sektorun rolunun möhkəmləndirilməsi, kiçik və orta sahibkarlığa dəstək, iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı istiqamətində görülən işlər kimi vacib mövzulara toxunduğu diqqətə çatdırılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə).
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin, Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir.” (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12)