Səudiyyə Ərəbistanının neft üçün tarixi qərarı
1. 422 dəfə baxılıb
Dünyanın ən böyük xam neft istehsalçısı Səudiyyə Ərəbistanının “Saudi Aramco” kompaniyasının sədri Xalid əl-Falih şirkətin aksiyalarının satılmayacağını bildrib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, neft nəhənginin aksiyalarının satılması barədə mətbuatda iddialar səslənərkən Xalid əl-Falih enerji ehtiyatlarının da satışa daxil edilməyəcəyini deyib.
“Ehtiyatlar satılmayacaq, ancaq şirkətin ehtiyat fondundan gəlir əldə edilməsi üzərində iş davam edir” – deyə bildirib.
“Saudi Aramco”nun digər neft nəhəngi “Exxon Mobil”dan 10 dəfə çox neft ehtiyatına malikdir və ümumi dəyəri 2,5 trilyon dollardan artıqdır.
Səudiyyə şirkətinin birja dəyərinin “Apple” şirkətini də keçməsi gözlənilir. “Apple” şirkəti hal-hazırda dünyanın ən bahalı şirkətidir.
Qeyd edək ki, “Saudi Aramco” keçmiş Səudiyyə Kralı Əbdüləziz Əl-Səud və ABŞ prezidenti Franklin Ruzvelt zamanında ortaq şirkət kimi yaradılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar”. (Qurani- Kərim, “Bəqərə” surəsi, 245-ci ayə)