Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Səudiyyəli nazir neftin qiymətinə təsir edən açıqlama verdi

Avqust 12
17:52 2016

Səudiyyə Ərəbistanı Əlcəzairdə bir araya gələcək olan önəmli neft istehsalçı ölkələrinin edəcəyi qeyri-rəsmi görüşlərin bir ay öncəsində, OPEK üzvi və üzvi olmayan ölkələrin neft istehsalçıları ilə birlikdə neft bazarında tarazlıq yaratmaları ilə bağlı çalışacaqlarını bildirib.

Selefxeber.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, energetika naziri Xalid əl-Falih dövlət xəbər agentliyi SPA-ya etdiyi açıqlamasında bildirib ki, növbəti ay Əlcəzairdə nazirlərin toplantısı olacaq.

O, bunun OPEK-ə üzv olan və olmayan ölkərin bazarda tarazlığa nail olmaq və bazarın mövcud vəziyyətini müzakirə etmək üçün bir fürsət olduğunu qeyd edib.

Nazir bazarın yenidən tarazlığa doğru istiqamətləndiyini bildirib və deyib ki, ancaq bazarda neft ehtiyatlarının azalmasına nail olmaq vaxt alacaq.

Xalid əl-Falih bəzi qısamüddətli pozisiyaların bazara təsir etdiyini və qiymətləri aşağı saldığına səbəb olduğunu deyib:

“İstehsal və investisiya sahəsində azalmaların qarşısını almaq üçün isə qiymətlərin hazırkı səviyyədən yuxarı qalxması şərtdir”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, Qətər energetika nazir bazar ertəsi günü açıqlamasında sentyabrın 26-28 tarixləri arasında Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Formu çərçivəsində OPEK-ə üzv olan və olmayan ölkələrin qeyri-rəsmi görüşünün baş tutacağını açıqlamışdı.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, Brent markalı neftin qiyməti 0,98% bahalaşaraq 46,49 dollar, WTI isə 1,26% artaraq 44,04 dollar təşkil edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)
Uca Allah, həmçinin buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 665 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN