Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Sim-kartlar elektron formada satılacaq

May 12
14:23 2015

Azərbaycanın mobil operatorları üçün Sim-kartların elektron formada satışını təşkil etmək məcburi olacaq.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bunu ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbənin məlumatına görə, bu, Nazirlər Kabinetinin “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyulda verilmiş 131 nömrəli qərarına ediləcək dəyişiklikdən sonra mümkün olacaq.

Qeyd edilib ki, hökumətin qərarına edilməsi nəzərdə tutulan dəyişikliklərə, həmçinin MNP (mobil nömrələrin daşınması) xidmətinin elektron formada təşkilinə dair əlavənin olması, vətəndaşların məlumatı ilkin mənbədən alması və s. daxildir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 623 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN