TANAP 6 türk firmasına əmanət edildi
815 dəfə baxılıb
“Sələf Xəbər” interpress.az-a istinadən xəbər verir ki, Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi üçün boruların tədarükü ilə bağlı müqavilə imzalanıb.
Ankarada baş tutan imzalanma mərasimində, təxminən 1800 kilometrlik ana xətt borusu üçün açılan tenderin 80%-ini 6 türk şirkəti qazanıb.
TANAP-da istifadə edilməsi üçün təxminən 1,2 milyon ton polad borunun üçdə birinin təmin edilməsi tenderini “Borusan Mannesmann”, “Noksel Çelik” və “Erciyas Çelik” konsorsiumu qazanıb. Polad boruların daşınmasının 24 ayda tamamlanması gözlənilir.
İmzalanma mərasiminə Türkiyə baş naziri Əhməd Davudoğlu da qatılıb. Baş nazir TANAP-ın sülh xətti olduğunu söyləyib:
“TANAP enerji layihəsi olmaqla yanaşı, sülh proyektidir, eyni zamanda bir sülh xəttidir. 90-cı illərdə böhran bölgələri olaraq xatırlanan Balkan və Qafqaz arasında bir sülh körpüsü qurulur”.
21-ci əsrin enerji əsri olacağını ifadə edən Davudoğlu TANAP-ın önəmindən danışıb: “TANAP vasitəsilə Avropaya ildə 10 mlrd. kub metr qaz nəql ediləcək. TANAP-ın tutumunu illik 31 mlrd. kub metrə qədər artırılmasını planlaşdırırıq”.