Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

“TANAP-a rəqib yoxdur”

May 04
15:15 2015

Rusiyanın təşəbbüs göstərdiyi “Türk axını” qaz kəməri layihəsi Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı Trans-Anadolu boru kəməri (TANAP) layihəsinə rəqib deyil.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bunu “SOCAR Turkey Enerji”nin rəhbəri, “Petkim” neft-kimya holdinqinin İdarə heyətinin üzvü Kənan Yavuz deyib.

Onun sözlərinə əsasən, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarı imzalanıb: “Bu çərçivədə qaz TANAP layihəsi üçün mənbədir. TANAP-ın tikintisi üzrə iri sazişlər artıq imzalanıb, layihənin səhmdarları məlumdur, qaz alıcıları müəyyənləşib, əsas podratçılar artıq boru kəmərinin tikintisi üzrə iş aparırlar”.

K.Yavuz qeyd edib ki, TANAP, həmçinin Azərbaycan və Türkiyə tərəfindən güclü siyasi dəstəyə malikdir: “TANAP “Cənub Qaz Dəhlizi”nin daha vacib hissəsidir. “Cənub Qaz Dəhlizi” Aİ-nin enerji siyasətində vacib rol oynayır. TANAP Azərbaycanı Türkiyənin ikinci iri qaz tədarükçüsü və Avropaya alternativ tədarükçü edir”.

O əlavə edib ki, investisiyaların təşviqi, yeni iş yerləri və biznes imkanlarının yaradılması yolu ilə TANAP layihəsi tədarüklər zəncirində sosial-iqtisadi inkişafa xidmət edəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 670 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN