Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

TAP dünyanın iqtisadi əhəmiyyətli 10 layihəsindən biridir

Yanvar 06
17:54 2016

Siyahıda ilk yeri Osaka-Tokiyo maqnit dəmir yolu xəttinin inşası layihəsi tutub.
Trans-Adriatik Boru Kəməri (TAP) dünyanın iqtisadi əhəmiyyətli əsas 10 investisiya layihəsinin siyahısına daxil edilib.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə “Il Sole 24 Ore” qəzeti məlumat yayıb.

Qəzetin tərtib etdiyi “Top-10” siyahısında 7-ci yeri TAP layihəsi tutur. Siyahıda birinci yerə Yaponiyanın Osaka və Tokiyo şəhərləri arasında çəkilmiş maqnit dəmir yolu xətti layihəsi layiq görülüb. Həmin dəmir yolu xəttinin inşası 38,5 mlrd. dollara başa gəlib ki, bu da onu dünyanın ən bahalı dəmir yolu xətti edir.

TAP layihəsinin isə ümumi dəyəri 2 mlrd. dollar civarında müəyyənləşib və 870 km uzunluğunda olan kəmər Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçəcək. İnvestisiya layihəsi çərçivəsində artıq işlərə başlanılıb.

Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və digər maliyyə institutları qarşıdakı illərdə Albaniyada iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi TAP layihəsini qeyd edir.

Qeyd edək ki, bəzi iqtisadçıların fikrincə, 7-10 ildən sonra dünya II Dünya Müharibəsindən sonra ən böyük iqtisadi böhranla üzləşə bilər. Bunun qarşısını almaq üçün isə milli iqtisadiyyatlar modernləşdirilməli, infrastruktur layihələrinə yatırılan investisiyalar artırılmalıdır.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 540 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN