Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Tehran Xəzərdə Azərbaycan yataqlarını ələ keçirmək niyyətindədir

Avqust 22
15:48 2015

Xəzərdə İran – Azərbaycan münaqişəsi nəticəsində kəşfiyyatı 2001-ci ildən dondurulmuş “Araz, Alov – Şərq” strukturu məsələsi yenidən gündəmə gələ bilər.

Azərbaycan mətbuatına müsahibəsi zamanı iki ölkə arasında iri dəniz yatağının birgə kəşfiyyatı barədə danışıqlar aparıldığını bəyan edən iranlı nazir Mahmud Vaezi böyük ehtimalla “Araz, Alov və Şərq” strukturundan bəhs edib. Çünki iranlı nazir çox böyük yataqdan söhbət getdiyini vurğulayıb. “Statoil” standartlarına uyğun olaraq “Araz, Alov və Şərq” strukturu Azərbaycanda ən geniş offşor sahə kimi qiymətləndirilir.
“Sələf Xəbər” Avropa.infoya istinadən məlumat verir ki, Bakıdan, təxminən 120 kilometr cənub-şərqdə yerləşən strukturda 7 milyard barelə yaxın neft və 400 milyard kubmetr yaxın təbii qaz ola biləcəyi güman edilir. Bu, yetərincə yüksək rəqəmdir. Misal üçün, Azərbaycanın indiyə kimi istismar etdiyi ən iri struktur olan “Azəri – Çıraq – Günəşli”də istismardan öncə cəmi 5 milyard barel neft olub. Strukturda dünyanın ən iri qaz-kondensat yatağı olan “Şahdəniz”dəkinin yarısı qədər qaz ola biləcəyi də güman edilir.

1998-ci ilin iyulunda transmilli neft şirkətləri ilə strukturun kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsünə dair saziş imzalanıb, Sazişə görə, ARDNŞ-ə 40%, BP-yə 15%, “Statoil”a 15%, “ExxonMobil”ə 15%, TPAO-ya 10% və “Albert energy”yə 5% pay düşmüşdü.

2001-ci ildə strukturda kəşfiyyat işlərinə başlamaq istəyən BP-nin işçiləri İran sərhəd gəmiləri tərəfindən hücuma məruz qaldı. İran tərəfi atəş açaraq neft işçilərinə işləri dayandırmağı tələb etdi.

Məsələ bunda idi ki, SSRİ dağıldıqdan sonra İran Xəzərdəki sektorunu Azərbaycanın və Türkmənistanın ərazilərinin hesabına genişləndirmək fikrinə düşdü. 1934-cü ildən SSRİ ilə İran arasında qəbul edilmiş sərhədlərə görə, iki ölkənin dəniz sularını Astaraçayla Türkmənistanın Həsənqulu məntəqəsini birləşdirən düz xətt ayırır. Bu sərhəd göllərin bölünməsini nəzərdə tutan beynəlxalq hüquqa əsasən müəyyən edilib. Həmin bölgüyə görə dənizin təxminən 13 faizi İranın payına düşürdü.

Sələf Xəbər: Uca Allah buyurur: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür”. (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə)

“Allah təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 675 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN