Türkiyə Azərbaycana 2 mlrd. dollara yaxın investisiya yatırıb
Oktyabr 31
17:11
2014
846 dəfə baxılıb
“Sələf Xəbər”APA-Economic-a istinadən xəbər verir ki, 1995-ci ildən 2013-cü ilə qədər Türkiyədən Azərbaycana 1,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub.
Bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, 2013-cü ilə qədər Azərbaycan Türkiyəyə 5 mlrd. dollar həcmində investisiya yatırılıb.
Nazir müavini qeyd edib ki, bu gün qardaş ölkədə 1 500-dək Azərbaycan şirkəti fəaliyyət göstərir.
O, Türk şirkətlərini Azərbaycanda daha da sıx işləmələrini və ixrac potensiallarını artırılmalı olduqlarını bildirib.
“Möminlər, həqiqətən də qardaşdırlar.”
Qurani Kərim, “Hucurat” surəsi, 10-cu ayə