Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Türkiyə Azərbaycanla dəniz nəqliyyatında əməkdaşlığa hazırdır

Yanvar 12
16:57 2015

Türkiyə Azərbaycana Xəzərdə dəniz daşımalarının sistemləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə birgə müəssisə yaratmağı təklif edib.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar naziri Lütfi Əlvan bildirib.

Nazir əmin olduğunu bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismara verilməsi Xəzərdə dəniz daşımalarının sayının və intensivliyinin artmasına səbəb olacaq: “Bu məsələ, Xəzərdə daşımaların sistemləşdirilməsi üzrə əməkdaşlıq, Azərbaycanla aparılan danışıqların mövzusudur və biz səhmdar kimi çıxış edə biləcəyimiz birgə müəssisənin yaradılmasına hazırıq”.

 Sələf Xəbər: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür.” (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə)

“Allah təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah, həqiqətən, minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 665 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN