Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Türkiyə Qarsda logistika mərkəzi yaratmağı planlaşdırır

Aprel 10
16:49 2017

Türkiyə Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizi vasitəsilə yerli məhsullarının tədarükü üçün Qarsda logistika mərkəzi tikməyi planlaşdırır.

Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

“Bakı-Tbilisi-Qars dəmir yolunun iyun ayında istismara verilməsi planlaşdırılır. Bu layihə Türkiyənin şərq əyalətlərinin iqtisadi inkişafına töhfə verəcək. Türkiyə istehsalçılarının məhsulları Qarsdakı logistika mərkəzindən dünyanın müxtəlif ölkələrinə tədarük olunacaq. Bu isə həm məhsulların maya dəyərini, həm də çatdırılma müddətini xeyli azaldacaq”, – deyə Ə.Arslan bildirib.

Nazirin sözlərinə görə, Qarsdan Bakıya bir dəmiryol xətti fəaliyyət göstərəcək, sonrakı mərhələdə daşımalar Qazaxstan və Türkmənistan üzərindən Çinə qədər davam etdiriləcək: “Söhbət dəmir yolu vasitəsilə çox böyük həcmdə daşımalardan gedir”.

Anadolu agentliyi

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 654 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN