Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Türkiyədə 3 dövlət islam bankı yaradılacaq

Avqust 09
17:24 2014

“Sələf Xəbər”-in “İslam-today”-a istinadən verdiyi məlumata görə, Türkiyə hökuməti 2015-ci ilin sonuna ölkədə 3 dövlət islam bankı yaratmaq niyyətindədir.

Bu barədə bu günlərdə Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əli Babacan bildirib.

Onun sözlərinə görə, bu banklar mövcud dövlət (qeyri-islam) banklarının filialı olacaqlar.

 Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin, islam bankinqi və islam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün islami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 657 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN