Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyədə ilk İslam bankı açıldı

May 30
14:12 2015

“Bu tarixi hadisədir”.

Türkiyənin ən böyük dövlət banklarından biri Ziraat bank İstanbulda İslam bankçılığı prinsipləri ilə işləyən ilk filialını açdı.

“Sələf Xəbər”in Oxu.az-a istinadən verdiyi məlumata görə, filialın açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Bu tarixi hadisədir. Digər dövlət bankları – Vakifbank və Halk Bank Ziraat Bankın bu addımını nəzərə almalıdırlar”, – deyə prezident vurğulayıb.

Ərdoğan qeyd edib ki, dövlət bankları ölkədə İslam bank sektorunun payını artırmalıdırlar və İstanbulu İslam bankçılığının regionda və dünyada mühüm mərkəzinə çevirməlidirlər. Bu gün Türkiyədə İslam bankçılığının dövriyyəsi bankların ümumi dövriyyəsinin 5 %-ni təşkil edir. 2023-cü ilə qədər onun dövriyyəsi 20 %-ə qədər artırılmalıdır”.

Qeyd edək ki, İslam bankçılığının əsaslandığı Şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi isə qadağan edir. Bu, onun son dövrlərdə bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biridir.

Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin İslam bankçılığı və İslam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün islami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 647 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN