Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Uçan maşın satışa çıxarılacaq – VİDEO

Dekabr 06
19:27 2014

İlk uçan avtomobil- “Aeromobil” havada 200 km, yerdə isə 160 km məsafə qət edə biləcək. İlk uçan maşın “Aeromobil” 2016-ci ildən etibarən satışa çıxarılacaq.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, slovakyalı alim Stefan Klein uzun müddət üzərində çalışdığı bu avtomobil həm havada uça biləcək, həm də maşın kimi yerdə istifadə etmək olacaq.

“Aeromobil” havada 200 km, yerdə isə 160 km məsafə qət edə biləcək.

🎬

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Müqəddəs Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.”

Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta, aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 647 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN