Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Xarici onlayn mağazalardan alınan mallara görə ƏDV ödəniləcək

Dekabr 19
16:20 2016

Xaricdən onlayn mağazalardan alınan mallara görə əlavə ƏDV tutulacaq.

Selefxeber.az-ın məlumatına görə, Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən bildirilib.

Milli Məclisə təqdim edilən Vergilər Məcəlləsində, elektron ticarətə dair xüsusi qeyd vardır. Bu qeyddə xarici onlayn mağazalardan alınan mallara görə ƏDV tətbiqi qeyd edilmişdir. Nazirlikdən bildirilir ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq.

Məlumat üçün bildirək ki, hazırda ƏDV üzrə faiz dərəcəsi 18% təşkil edir.

“Xaricdən onlayn mağazalardan alınan mallara görə 18%-dən əlavə ƏDV tutulması barədə qərar internet ödəmələrində yerli sahibkarların hüquqlarını qorumaq məqsədi ilə atılmış addımdır”.

Selefxeber.az-ın məlumatına görə, biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafov məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, bu qərar yerli istehsalçıların əcnəbilər qarşısında haqsız rəqabətinin qarşısını almış olacaq:

“Yerli sahibkarlar elektron ticarət vasitəsilə öz məhsul və xidmətlərini satarkən həm ƏDV, həm də idxalat və gəlir vergisi ödəməli olurlar. Amma beynəlxalq platformalar isə bunların heç birini ödəmir və nəticədə haqsız bir rəqabət yaranır”.

Mütəxəssis deyib ki, həmçinin beynəlxalq platformalar reklam üzərindən də xeyli miqdarda gəlir əldə edirlər:

“Beynəlxalq platforların bir çoxu “Facebook”, “You tube”, “Google” və s. kanalları vasitəsilə reklam yerləşdirirlər ki, bundan əldə edilən qazancın isə vergisini ödəmirlər”.

N.Manafov deyir ki, bununla belə bu qərar bu kimi halların qarşısını ala bilməyəcək:

“Düşünürəm, bu qərar bu kimi halların qarşısını ala bilməyəcək. Çünki xaricdə yaşayan azərbaycanlıların sayı kifayət qədərdir. Onlar çox rahatlıqla dost-tanışlarının pulunu onların kartlarına yatıracaqlar. Onlar isə bunu ATM-də nağdlaşdıracaqlar.

Yenidən isə o vəsaiti aid olduqları ölkənin (Rusiya, İngiltərə və s.) kartına yatıracaqlar. Beləliklə, onların dost-tanışları internetdən alış-veriş edəcəklər. Yaxud da vəsaiti dost-tanışlarının adına virtual kartlara yatıracaqlar”.

O, həmçinin əlavə edib ki, Azərbaycana bir çox məhsullar xaricdən idxal oldunduğundan burada hər hansı rəqabətdən danışmaq da düzgün deyil.

Mütəxəssis əlavə edib ki, bu qərar, xüsusən alıcıların istehlak səbətinə ciddi ziyan vuracaq:

“Onlar ciblərinə uyğun qiymətə istədikləri texnologiya, geyim və s. ala bilməyəcəklər. Məcbur olacaqlar ki, 18%-dən əlavə ƏDV ödəsinlər. Çünki yerli bazarda internetdə satılan məhsulların bir qismi yoxdur”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

Ramazan ayının başlamasının və bitməsinin müəyyən edilməsi və fikir ayrılığına düşməkdən necə qorunaq?

📅25 İyun, 2017🕔0:203. 239 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN