Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Yeni avtobusların marşrut xətləri və gediş haqqı – SİYAHI

Avqust 06
15:11 2015

Hazırda marşrut xətləri ilə bağlı dəqiqləşdirmələr aparılır.

Bakıda “BakuBus” MMC-yə məxsus “İveco” sərnişin avtobuslarının ictimai nəqliyyatda hərəkəti üçün ilkin marşrut xətləri müəyyənləşib.

“Sələf Xəbər”in “Report”a istinadən məlumatına görə, ilkin planlamaya əsasən, 1 nömrəli marşrut avtobusu “Koroğlu” m/st – “28 May” m/st, 2 nömrəli marşrut “20 Yanvar” m/st – “Azadlıq” m/st – Ziya Bünyadov, 3 nömrəli marşrut “Azadlıq” m/st – “Elmlər Akademiyası” m/st, 4 nömrəli marşrut “N.Nərimanov” m/st – “Xətai” m/st, 5 nömrəli marşrut “N.Nərimanov” m/st – 20-ci Sahə, 6 nömrəli marşrut “Azadlıq” m/st – 20-ci Sahə, 7 nömrəli marşrut “Azadlıq” m/st – Ziya Bünyadov – 20-ci Sahə, 8 nömrəli marşrut “Azadlıq” st – “28 May” m/st, 9 nömrəli marşrut “N.Nərimanov” m/st – “Caspian Mall”, 10 nömrəli marşrut “N.Nərimanov” m/st – Azneft dairəsi, 11 nömrəli marşrut “N.Nərimanov” – “Elmlər Akademiyası” m/st, 12 nömrəli marşrut “20 Yanvar” m/st – 20-ci Sahə, 13 nömrəli marşrut “20 Yanvar” m/st – “Koroğlu” m/st , 14 nömrəli marşrut “20 Yanvar” m/st – “Xətai” m/st xətti üzrə hərəkət edəcək.

“BakuBus”ın direktor müavini Vüsal Kərimli “Report”a bildirib ki, qeyd edilən marşrutlar üzrə avtobusların hərəkəti üçün zəruri icazə və sənədlər tələb olunur.

Onun sözlərinə görə, ilkin mərhələdə avtobuslar bu istiqamətlərdə fəaliyyət göstərəcək: “Bu, zəruri icazə və sənədlər toplandıqdan sonra reallaşacaq. Yeni marşrut xətlərində avtobusların hərəkətə başlaması avqustun sonu, sentyabrın əvvəlinə nəzərdə tutulub”.
V.Kərimli deyib ki, “BakuBus”ın avtobuslarında nağd ödəniş olmayacaq və ancaq vahid ödəniş kartları tətbiq ediləcək. Bu kartlardan metroda da istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, vahid ödəniş kartlarını metro stansiyalardakı “BakıKart” terminallarından əldə etmək olar. Vahid sistemdə iki növ kart – “ümumi” və “məhdud istifadə” üçün olacaq. “BakıKart” – plastik kartının qiyməti 2 manat, bir gedişin haqqı isə 0,20 manatdır. Balans terminallarda artırılır və kartlar geri qaytarılmır.

Məhdud istifadə üçün nəzərdə tutulan kartın qiyməti 0,20 manatdır. Kart alınarkən 1, 2, 3 və 4 gediş haqqını yükləmək mümkündür (1 gediş – 0,20 manat). Terminallarda balansın artırılması mümkün deyil və kart ilk istifadədən 45 gün müddətində etibarlıdır.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.
Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar.
Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 206 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN