Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Yeni sistem tıxaclar barədə sürücüləri məlumatlandıracaq

Avqust 14
16:43 2015

Azərbaycanda yollardakı tıxaclar barədə sürücüləri məlumatlandıran sistem işə salınıb.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə “SINAM” şirkətindən məlumat verilib.

Yeni metod “SINAM” şirkəti tərəfindən tətbiq olunur. Sistemdə yollardakı tıxaclar barədə məlumatı interaktiv şəkildə FM qəbuledicilərdə əks etdirmək üçün FM diapazonlu RDS (Radio Data System) kanaldan istifadə olunur.

İnternet və ya SMS vasitəsilə ötürülən GPS məlumat axını verilişindən fərqli olaraq, yeni metodda informasiya axını radiokanal vasitəsilə həyata keçiriləcək ki, buna da xərc lazım olmayacaq.

Bundan başqa, sistem “Yollar” naviqasiya xəritəsi ilə əlaqəlidir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 646 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN