Sələf Xəbər


İSLAMIN SƏSİ, RAMAZAN, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Əlvida Ramazan – Şeyx Saleh bin Fovzan əl-Fovzan

İyun 23
20:58 2017
🎬

📥Yüklə (12.4 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Budur, Ramazan ayı yekunlaşmaq üzrədir. Gəlin öz nəfsimizi hesaba çəkək görək bu əzəmətli ayda nə qazanmışıq. Kim yaxşı işlər görübsə Allaha şükr etsin və xeyrə davam etsin. Kim səhlənkarlıq edibsə, boşluqları tövbə ilə doldursun. Uca Allah bəndələrinin tövbəsini qəbul edir və günahları bağışlayır. Allahın mərhəmətindən ümidinizi üzməyin. Uca Allah buyurur: “Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf: 87).

Yaxşı əməl sahibləri və səhlənkar olanlar bu ayı xeyirlə yekunlaşdırsınlar. Çünki əməllər sonu ilə ölçülür. Bir də əməlinizin qəbul olmamasından ehtiyat edin. Çünki uca Allah buyurur: “Həqiqətən Allah yalnız müttəqilərdən qəbul edər.” (əl-Maidə: 27).

Siz özünüz, niyyətləriniz və məqsədləriniz haqqında düşünün. Heç kəs öz əməli ilə fəxr etməsin, ona vacib olanı tam etdiyini zənn etməsin. Allahın haqqını layiqincə ödədiyini düşünməsin. Əksinə, özünü nöqsanlı bilsin, özünün səhlənkar olduğunu düşünsün və Allah qarşısında təvazökar olsun. Bəzi sələflər belə deyərdilər: “Əgər Allahın məndən bir xardal dənəsinin zərrəsi qədər qəbul etdiyini bilsəydim, ölümü arzulayardım.”

Onlar uca və nöqsansız Allahdan çox qorxduqları üçün belə edirdilər. Uca Allah da ən xeyirli bəndələrini belə vəsf etmişdir: “Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər; Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər.” (əl-Muminun: 60, 61).

Aişə (Allah ondan razı olsun) bu ayəni eşidəndə dedi: “Ey Allahın elçisi onlar zina edib, içki içib, indi isə günahlarına görə əzab olunacaqları üçün qorxurlar?”

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Xeyr, ey siddiqin qızı. Bunlar Allaha itaət edən və yaxşı işlər görən kimsələrdir. Onlar əməllərinin rədd edilməsindən, qəbul olmamasından qorxurlar.”

Biz də əməllərimizin qəbul olmamasından qorxmalı, əməllərimizlə fəxr etməməli, onları çox görməməliyik. Çünki etdiklərimiz Allahın haqqı qarşısında çox kiçikdir. Belə ki, Allahın üzərimizdə olan haqqı çox böyükdür.

Lakin Allah səxavət və comərdlik göstərir, Öz lütfünü bəxş edir. Lakin siz Allah haqqında yaxşı zəndə olun. Rəbbiniz haqqında yaxşı zənn edin, xeyirə ümid bəsləyin və yaxşı işlər görün.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031