Sələf Xəbər


İSLAMIN SƏSİ, RAMAZAN, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ramazanın sonunda bunu etməliyik – Şeyx Saleh bin Fovzan əl-Fovzan

İyun 21
19:52 2017

📥Yüklə (6.0 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Uca Allah bu ayın sonunda sizə fitrə zəkatı verməyi əmr etmişdir. Miqdarı, ölkə əhalisinin qidası hesab olunan qida məhsulundan, bir “saa” (3 kq) qida məhsulu verməkdir. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) dediyi “saa” çəki vahidi, təxminən 3 kq-a bərabərdir. Kim 3 kq qida məhsulu sədəqə edərsə, üzərinə düşən vacibi etmişdir. Ehtiyat baxımından bir “saa” artıqlaması ilə 3 kq dəyərində hesablanmışdır.

Fitrə zəkatı oruc tutanın etdiyi səhvləri, günahları əfv edir. Bu həm də, bədənin zəkatıdır. Uca Allah mal-dövlətdən zəkat verməyi vacib etdiyi kimi, bədənin də zəkatını verməyi vacib etmişdir. Bu zəkat Muhəmməd ümmətindən olan hər kəsə, böyükdən kiçiyə, kişi və qadına, azad və kölə olan hər kəsə vacibdir.

Bu zəkatı bayram gecəsi (sabah bayramdırsa, bu gecə) kasıblara vermək lazımdır. Bunu bayramdan bir-iki gün öncə də vermək olar. Lakin daha yaxşı olar ki, hicri ayın yekunlaşmasını bildirən hilal görsəndikdən sonra bayram namazına qədər olan vaxt ərzində bu zəkatı çıxarasan. Kim zəkat çıxarmağı unudar, yaxud bunu çıxarmağın gərəkli olması haqda məlumatsız olar, bayram namazından sonra xatırlayarsa, o zaman bunu çıxartmalıdır. Bu, onun üçün sədəqə sayılacaq.

Qoy bu əməli tərk etməsin, gec də olsa, çıxartsın. Kim bunu bayram günü çıxartmazsa, gec də olsa çıxartsın. Heç bir halda bu əməli tərk etməsin. Çünki bu onun üçün vacibdir.

Bu zəkatı kasıb, fağır-füğəra və möhtac insanlara vermək lazımdır ki, bayram günü heç kəsə möhtac olmasınlar. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Bu gündə onları kiməsə möhtac qoymayın.” Beləliklə qoy onlar da insanlarla birlikdə sevinsinlər.

Bu zəkatı könül xoşluğu ilə, savabını Allahdan umaraq çıxarın.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031