Bakıda iftar çadırları qurulub
1. 146 dəfə baxılıb
Çadırlarda iftar süfrələri açılır.
Hər il olduğu kimi bu il də Azərbaycanın paytaxt və müxtəlif rayonlarında iftar çadırları qurulur.
“Sələf Xəbər” Xəzərxəbər.com-a istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun verdiyi məlumata görə, artıq Bakı kəndlərində belə çadırlar qurulub və iftar süfrələri açılır.
Onun sözlərinə görə, Qaraçuxur və İlahiyyat məscidlərində 30 gün ərzində iftar verilməsilə bağlı idarəyə məlumat verilib.
Qeyd edək ki, Şəki və Qəbələ rayonlarında da iftar çadırları açılacaq. Bu rayonlardakı iftar çadırları da əhalinin maliyyə dəstəyilə təşkil olunur. İftar çadırları Ramazan ayının sonuna qədər əhali üçün açıq olacaq.
Adətən, iftar çadırları məscidlərin həyətlərində təşkil olunur. Əhalinin maddi dəstəyi və məscidlərin daxili imkanları hesabına təşkil olunan bu çadırlarda Ramazan ayı boyunca iftar verilir. Təşkil olunan iftar çadırlarında 250–500 nəfər iftar edə bilər.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim oruc tutana iftar verərsə, ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi)