Ölkəmizdə Ramazan ayının bayram namazının qılınacağı vaxtı açıqlandı
![](http://selefxeber.az/wp-content/uploads/2015/07/sx-news-27221-680x355.jpg)
4. 104 dəfə baxılıb
18 iyul Ramazan bayramıdır.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müqəddəs Ramazan ayının bayram namazının qılınacağı vaxtını açıqlayıb.
“Sələf Xəbər”in “Report”a istinadən məlumatına görə, QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, iyulun 18-i saat 10.00-da “Təzə pir”də və Azərbaycanın digər məscidlərində bayram namazı qılınacaq.
R.Dadaşova deyib ki, iyulun 18-i Ramazan bayramıdır: “İnsanlar bayram namazından sonra Ramazan bayramını qeyd edə bilərlər”.
Xatırladaq ki, Ramazan ayı Azərbaycanda iyunun 18-də başlayıb.
Sələf Xəbər: Xatırladaq ki, İslamda 2 müqəddəs bayram var – 3 gün davam edən Qurban bayramı və müqəddəs Ramazan ayının bitməsi ilə başlayan Ramazan bayramı.
Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – deyirlər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)