Sələf Xəbər


RAMAZAN, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Oruclu olarkən gündüz vaxtını yatmaqla keçirmək – FƏTVA

İyul 12
11:44 2014

Sual: Oruclu halda gündüz vaxtını yatmaqla keçirməyin və belə orucun hökmü nədir? Yaxud, fərz namazlarını qılmaq üçün oyanır sonra yenidən yatmağa davam edirsə onun hökmü nədir?

Cavab: Bu sual iki məna daşıyır: Birinci adam bütün gününü yatmaqla keçirir və heç oyanmır. Şək yoxdur ki, belə etmək günahdır və namazları vaxtından sonraya saxlamaq Allaha asilikdir. Əgər həmin adam camaat namazına getməlidirsə onda getmədiyinə görə əlavə günah da qazanır. Belə adamın orucu naqis olur və onun əməli, bir şəhəri məhv edib yerində qəsr tikən adamın timsalındadır. O, Allaha tövbə etməli və qalxıb namazlarını vaxtında qılmalıdır.

Ikinci adam oyanıb fərz namazlarını vaxtında camaatla qılırsa ona günah yoxdur. Lakin o özünü çoxlu xeyirdən məhrum etmiş sayılır. Çünki oruc tutan adam namaz qılmalı, zikr, dua etməli və ya Quran oxumalıdır ki, oruc ilə bərabər müxtəlif ibadətləri cəm etsin. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırsa bu onun üçün başqa vaxtlarda daha rahat və asan olar. Əgər o öz nəfsini tənbəlliyə, halsızlığa və rahatlığa öyrəşdirsə onda başqa əməllər və ibadətlər ona çətin gələr.

Ona görə mən belə adama tövsiyə edirəm ki, oruclu vaxtını yatmağa deyil, ibadətə sərf etsin. Allaha şükrlər olsun ki, O bizə günümüzdə orucun məşəqqətini azaldan: kondisioner və s. – nemətlər vermişdir.

Şeyx Məhəmməd ibn Salih əl-Useymin (Allah ona rəhmət eləsin).

Mənbə: Orucluq Fətvaları
Tərcüməçi: Əbdürrəhim Muradlı

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930