Sələf Xəbər


RAMAZAN, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qurani-Kərimin möcüzəsi – İNFOQRAFİKA

İyun 02
18:33 2017

“Sələf Xəbər” redaksiyası “Quran ayı” adlandırılan Ramazan ayının yaxınlaşmasını nəzərə alaraq sizə bu ayda hər bir müsəlmanın mənəvi qidası olan və ruh sağlamlığını təmin edən müqəddəs kitabımız Qurani-Kərimin möcüzəsi haqda dəyərli məlumatı sizin diqqətinizə çatdırır.

Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Milyonlarla müsəlman, cavandan tutmuş yaşlıya qədər 600-dən çox səhifəsi olan Quranı əzbər bilir. Qurani-Kərim 114 surədən və 6200-dən çox ayədən ibarətdir.

Qurani-Kərimin əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu (orta hesabla gündə 1 səhifə əzbərləməklə) 2 ilə əzbərləyirlər, bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs hətta 2-4 aya baş verir.

Müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl Muhamməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə günümüzə qədər böyük nəsildən kiçik nəslə ötürülərək yaşayır. Bunun mümkün olmasının səbəbi, Quranın adi bir insan tərəfindən deyil, Kainatın Yaradıcısı tərəfindən göndərildiyinə görədir. Quran Uca Allahın insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur.

Beləliklə, Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır. Buna aşağıdakı Quran ayəsi də dəlalət edir: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (Qurani-Kərim, “Qamər” surəsi, 22-ci ayə)

Dünyada Qurani-Kərim qədər əzbərlənən başqa dini kitab mövcud deyildir. Məsələn, dünyada 2 milyarddan çox xristian yaşayır, amma hər hansı bir xristianın İncili başdan-ayağa bilməsi barədə heç bir rəsmi bəyanat yoxdur.

Komissiya qurulsa və İncilin əzbəri üzrə sınaq keçirilsə bir nəfər də olsun qalib olmaz. Əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilib yer üzərindən silinsə, müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq sayəsində mümkün ola bilər!

Dünyada daha çox sayda gəncin 600 səhifəli Qurani-Kərimi əzbər bildiyini nəzərə alsaq bunun reallaşması olduqca asan olar. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzi ərəb ölkələrində fenomen şəklində hətta 3 yaşlı uşaqlarda da Quranın əzbərlənməsi halı rast gəlinib.

Bir təəccüblü fakt da odur ki, Quranı əzbərləmiş yüz minlərlə mənşəcə ərəb olmayan insan var. Çoxlu sayda hafiz Türkiyədə və Şərqi Asiyanın müsəlman ölkələrində yaşayır.
Hafizlik məktəbləri əsrlər boyu Uca Allahın Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumaq üçün yaratdığı səbəblərdən biridir.

Quranı zikr üçün asanlaşdıran və onu hər hansı təhrif və dəyişiklikdən Qoruyan Allaha həmd olsun: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Qurani-Kərim, “Hicr” surəsi, 9-cu ayə).

Qurani-Kərim haqqında bu qədər dəyərli məlumatları bildikdən sonra siz də onu oxumaq və əzbərləmək istəyirsinizsə, aşağıdakı cədvəl qrafiki bu işdə sizə yardımçı olar.

📷

quran-xetmi

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031