Sələf Xəbər


RAMAZAN, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ramazan bayramı namazını harada qılmaq olar? – SİYAHI

İyul 17
17:27 2015

18 iyul Ramazan bayramıdır.

Sabah ölkə ərazisində məscidlərdə bayram namazı qılınacaqdır.

Əldə etdiyimiz məlumata görə Bakı şəhəri üzrə məscidlərdə bayram namazı aşağıdakı vaxtlarda qılınacaqdır:

  • İlahiyyat məscidi: 08:00
  • Qaraçuxur məscidi: 08:00
  • Müşfiqabad məscidi: 09:00
  • Qala məscidi: 08:00

Xatırladaq ki, İslamda 2 müqəddəs bayram var – 3 gün davam edən Qurban bayramı və müqəddəs Ramazan ayının bitməsi ilə başlayan Ramazan bayramı.

Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – deyirlər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)

Uca Allah qılınan namazları, tutulan orucları qəbul etsin. Bu gözəl günlərdə Allahdan arzu edirik ki, xalqımıza sülh, əminamanlıq, firəvanlıq və daim iman dolu belə bayramlar nəsib etsin…Amin!

“SələfXəbər.az” 

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930