Sələf Xəbər


RAMAZAN, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ramazanın son on gecəsi

İyun 15
18:37 2017

Bu gecə Razaman ayının sonuncu on gecəsi başlayır. Bu gecələrdə Qədr gecəsi vardır ki, bu gecə ibadətə müvəffəq olan kimsə, min ay ibadət etmiş kimi savab qazanır.

Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Ramazan ayının son on günündə daha çox ibadət edər, ibadətə qapanardı.

Uca Allah buyurur: “Həqiqətən, Biz onu ((Quranı)) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur.” (Müqəddəs Quran, “Qədr gecəsi surəsi,1-5-ci ayələr).

Qədr gecəsinin dəqiq tarixinin bilinməməyinin hikməti müsəlmanların yalnız bu gecə etdikləri ibadətə güvənməməkləri, Ramazan ayının son on gününü səylə ibadət etmələrindədir.

Nüfuzlu hədis alimi İbn Həcər (Allah ona rəhmət etsin) demişdir: “Ən yaxşı rəyə əsasən, o (Qədr Gecəsi) Ramazanın son on gününün gecələrindən biridir, və tək gecəyə təsadüf edir. Həm də o hər il fərqli günlərə təsadüf edir, bu da bu fəslin hədislərindən aydın olur”. (“Fəthul-Bəri” 4/326) .

Allahdan sizin üçün bütün Ramazanda, ələlxüsus bu günlərdə müvəffəqiyyət diləyirik.
Allah oruclarınızı qəbul etsin.

Hörmətlə Sələf Xəbər redaksiyası

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930