Çeçenistanda “hay-tek” üslubunda məscid tikiləcək
1. 178 dəfə baxılıb
Çeçenistan Respublikasında “hay-tek” üslubunda məscid tikilir, beləsi Rusiyada hələ yoxdur. Böyüklüyünə görə ikinci olacaq məscid yeni “Arqun-siti” kompleksinin mərkəzi olacaq. Tikinti artıq son mərhələsindədir.
Çeçenistanın böyüklüyünə görə üçüncü şəhəri – Arqunda — miqyaslı tikinti 94 min kvadrat metr sahəni əhatə edir. “Arqun-Siti” və “Arqun-Siti 2” çoxmərtəbəli binalar kompleksləri –beş yüzdən çox mənzil, ticarət və ofis yerləri, mehmanxana, əyləncə mərkəzi və restoran daxil edir, “Вести.ру” xəbər verir.
Şəhər merinin İnşaat və Mənzil-Kommunal Təsərrüfatı üzrə müavini Buxari Daayev qeyd edir: “Görürsünüz kimi, artıq çox şey edilib. İndi işləmələr bitmək üzrədir. Abadlıq işləri, gördüyünüz kimi, faktiki olaraq, başa çatıb, kosmetik işlər qalıb”.
İşçilər — elektrik işçi briqadaları, montajçılar, işləmələr üzrə mütəxəssislər, bənnalar gecə-gündüz çalışır. Tikintiyə 50-dən çox usta cəlb olunub. Onlardan biri, İmran Yusifov, proqnozlaşdırır: “Əgər hava pisləşməsə, düşünürəm, tezliklə hər şeyi bitirəcəyik. Lazım olan bütün materiallar əlimizin altındadır, elə ən vacibi də budur”.
Çoxmərtəbəli binaların yanında “hay-tek” üslublu məscidin tikintisi tamamlanır. Oval formalı girdə bina uzaqdan “uçan boşqabı” xatırladır. Məscidin üzərindən hər biri 55 metr olan üç minarə ucalır. Döşəmədən günbəzin ən yüksək nöqtəsinə qədər məscidin hündürlüyü – 23 metrdir. Tezliklə orada aypara şəklində düzəldilmiş çəkisi 7 ton olan çilçıraq quraşdırılacaq.
Arqundakı yeni məsciddə eyni vaxtda 7 min dindar ibadət edə biləcək. Yerli sakinlərin xahişi ilə məscid Çeçenistan Respublikası başçısının anası Aymani Kdaırovanın adını daşıyacaq.
Bütün obyektlərin tikintisi ən müasir tələbləri nəzərə alaraq və qabaqcıl texnologiyalardan və materiallardan istifadə etməklə aparılır. “Arqun-Siti” çoxmərtəbəli binalar kompleksi və yeni məscid artıq bu yaz bütün öz təmtərağı ilə təqdim olunacaqdır.
Sələf Xəbər: İbadət edənlərin komfortunu və rahatlığını maksimal dərəcədə nəzərə alaraq məscidlərin inşası ən xeyirxah əməllərdən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Kim Allah üçün bir məscid tiksə, Allah da onun üçün eynisini Cənnətdə tikər” (Muslim).
Lakin müsəlmanlar məscidləri həddindən artıq bəzəməkdən çəkinməlidir, çünki bu israfçılıq və lovğalıq kimi günahlara gətirib çıxara bilər. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “İnsanlar məscidlərlə bir-birilərinin qarşısında öyünmədikcə qiyamət qopmaz” (Əbu Davud).
Başqa bir hədisdə o (ona salavat və salam olsun) deyib: “Onlar məscidlərlə öyünəcək, sonra isə onları az-az ziyarət edəcəklər” (əl-Buxari). Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi İbn Abbas (Allah ondan razı olsun) müsəlmanların nə üçün məscidlərlə öyünəcəklərini izah etmişdir: “Siz mütləq məscidləri Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz” (əl-Buxari).