Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Terrorçuların hədislərdə vəsfi – II Məqalə

Avqust 25
17:22 2015

TERRORÇU, ÇIXIŞI OLMAYAN BİR TƏLƏYƏ DÜŞƏR

İbn Ömər (Allah ondan razı olsun) adlı səhabə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mömin kimsə haram qan axıdana qədər öz di­ni­ni rahat yaşa bilər». Daha sonra İbn Ömər deyir: «İnsanın özünü dolaş­dır­dı­ğı çıxışı olmayan tələ, icazə olmadan haram qan axıtmaqdır» Buxari rəvayət etmiş­dir.

Hədisin ərəbcəsində deyilən “Fi Fushətin” sözləri, rahatlıqda və köksü açıq halda olmaq mənasındadır. Əgər o haqsız yerə kimisə qətlə yetirərsə, bundan sonra qəlbi sıxılar, yeri daralar. Çünki uca Allah belə əməl sahibinə başqasına vəd etmədiyi əzabı vəd etmişdir. Yəni, haqsız yerə günahsız adamı qəsdən öldürməyə görə vəd olunan əzab səbəbi ilə dinində sıxıntı yaşa­ya­caq­dır. İbn Ömərin sözündə işlədilən “tələ” sözü, həlak olmaq, qurtulması çətin olan iş mənasındadır. 

ALLAH QATINDA, TERRORÇUNUN ETDİYİNDƏNSƏ, DÜNYANIN MƏHV OLMASI DAHA YÜNGÜLDÜR

Nəsai adlı alim, Bureydədən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir:«Allah üçün, dünyanın yox olması, bir nəfər müsəlmanın qətlə yeti­ril­məsindən daha yüngüldür». 

TERRORÇUNUN ETDİYİ, KƏBƏNİN HAQQININ TAPDALANMASINDAN PİSDİR

İbn Macə, Abdullah ibn Amr (Allah ondan razı olsun) adlı səhabənin belə dediyini rəvayət edir: «Mən gördüm ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbəni təvaf edir və deyir: Sən və sənin ətirin necə də gözəldir. Sən və sənin toxu­nul­ma­maz­lığın necə də əzəmətlidir. Muhəm­mə­din nəfsi əlində olana and olsun ki, Allah qatında möminin toxu­nulma­maz­lığı, səninkindən çoxdur. Mömi­nin malı, qanı toxunulmazdır və onun ba­rəsində yalnız yaxşı zəndə olmaq lazımdır». 

TERRORÇUYA, ALLAHIN, MƏLƏKLƏRİN VƏ BÜTÜN İNSANLARIN LƏNƏTİ VARDIR

Dördüncü xəlifə Əli bin Əbu Talib (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:«Müsəlmanların əhd-amanları birdir. Hətta aşağı səviy­yə­li müsəlmanın əhd-amanı qorunur. Kim bir müsəlmanın əhd-amanını po­zar­sa ona Allahın, mələklərin və bü­tün insanların lənəti olsun. Belə in­sa­nın nə vacib, nə də könüllü əməlləri qə­bul olunmaz» Buraxi və Müslim rə­va­yət etmişdir.

Hədisin mənasına görə müsəl­man­ların kafirə aman vermələri məq­bul­dur. Əgər hər-hansı müsəlman on­la­ra aman versə, onun amanında olduğu müd­dətdə başqa birinin bu amana xə­ya­nət etməsi haramdır. Qeyri müsəl­ma­na aman vermək, onların əmin­aman­lıq­da olmaları və rahat yaşamalarını təmin et­məkdir. Belə olan halda onların qətlə yetirilməsi, namuslarına toxunulması və mallarının alınması haramdır.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

Terrorçuların hədislərdə vəsfi – I Məqalə
Terrorçuların hədislərdə vəsfi – III Məqalə

Digər xəbərlər