Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Terrorçuların hədislərdə vəsfi – I Məqalə

İyul 15
17:00 2016

TERRORÇU, MÜSƏLMANLARDAN SAYILMIR

İbn Ömər (Allah ondan razı olsun) adlı məşhur səhabə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bi­zə qarşı silah qaldırarsa bizdən de­yil­dir» Buxari və Müslim rəvayət et­miş­dir.

İbn Məsud (Allah ondan razı olsun) adlı digər səhabə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müsəl­ma­nı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür» Buxari və Müslim rəvayət etmişdir.

Haris əl-Əşari (Allah ondan razı olsun) adlı səhabə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim ca­ma­atdan bir qarışlıq üz döndərərsə, geri qayıdana qədər boynundan İslam bağını açmış sayılır». Tirmizi rəvayət etmişdir.

Onuncu əsrdə yaşamış Xəttabi (Allah ona rəhmət etsin) adlı məşhur islam alimi (931-988) demişdir: “Hədisdə deyilən bağ, hey­van qaçmasın deyə onun boynuna bağ­la­nan çatı və ya kəndir mənasındadır. Yə­ni, kim camaat üzərində başçılıq edən rəhbərin itaətindən çıxar, yaxud ha­mının məqbul saydığı bir işdə on­lar­dan üz çevirərsə artıq zəlalətə düşmüş və həlaka düçar olmuşdur. Belə halda onun timsalı, boynunda çatısı olmayan hey­van kimidir. Çünki belə heyvanın itmə, yaxud həlak olma ehtimalı yüksəkdir.

 

TERRORÇU, BÖYÜK GÜNAHLARDAN BİRİNƏ SAHİBDİR

Əbu Hureyrə (Allah ondan razı olsun) adlı məşhur səbahə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:«Yeddi həlak­edici böyük günahlardan qoru­nun!»

Orada olanlar dedilər: Ey Allahın elçisi, həmin günahlar hansılardır?

O dedi: «Allaha şərik qoşmaq, sehr etmək, Allahın qətlini haram etdiyi kimsəni haqsız yerə öldürmək, yeti­­min malını mənimsəmək, sələm ye­mək, döyüş günü meydandan qaç­maq, zinadan bixəbər, namuslu və mö­min qadınları zinada ittiham etmək» Buxari və Müslim rəvayət etmişdir.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

Terrorçuların hədislərdə vəsfi – II Məqalə
Terrorçuların hədislərdə vəsfi – III Məqalə

Digər xəbərlər