Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Üsyan etmək ixtilaflı məsələdir deyən, elm tələbəsi yox, fitnə tələbəsidir – Şeyx Saleh əl-Fovzan (VİDEO)

Yanvar 25
19:02 2017
🎬

📥Yüklə (5.4 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual:
Bəzi elm tələbələri deyirlər ki, zalım rəhbərə qarşı çıxmaq ixtilaflı məsələdir. Bu haqda nə deyə bilərsiz?

Şeyx Saleh əl-Fovzan:
Bunu söyləyən elm tələbəsi yox, fitnə tələbəsidir. Elm tələbəsi belə deməz, fitnə tələbəsi belə deyər.

Bu məsələ ixtilaflı deyil, ittifaqlı məsələdir, icmadır. Rəhbərlərə itaət vacibdir.

Uca Allah buyurur: “Ey iman edənlər Allaha və onun elçisinə itaət edin, aranızdan olan əmr sahiblərinə də itaət edin.”

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizə Allahdan qorxmağı, hətta kölə sizə rəhbərlik etsə də eşidib itaət etməyi tövsiyə edirəm.”

Bu məsələ ixtilaflıdır deyən adamın sözu heç uyğun gəlmir.

Bu ya bilmir, ya da insanları haqq yoldan azdırmaq istəyir.

Digər xəbərlər