Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rəhbər üçün dua etməyən şəxs xəvaric bidəti edir – Şeyx İbn Useymin (VIDEO)

Yanvar 31
20:13 2017
🎬

📥Yüklə (10.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Şeyx Muhəmməd bin Saleh əl-Useymin:

Rəhbər üçün dua etməyən insan pis bidət edir. Bu, xəvaric, rəhbərlərə qarşı üsyan etmək bidətidir.

Əgər sən Allah, Allahın Kitabı, Peyğəmbəri, müsəlmanların rəhbəri və ümumən müsəlmanlar üçün nəsihət edən olsaydın, rəhbər üçün dua edərdin. Çünki rəhbər islah olunarsa, insanlar da islah olunar.

Bəziləri rəhbərin günah işlətdiyini görəndə ona deyirsən ki, Allaha dua et ki, ona hidayət versin.

Deyir ki, yox-yox, buna Allah hidayət verən deyil. Bunun həlak olması üçün dua etmək lazımdır.

Necə yanı ona “hidayət verən deyil?!” Məgər Allah böyük kafirlərə hidayət verməyib?! Əlbəttə hidayət verib.

Yaxşı sənin istəyinə uyğun olaraq Allah bu rəhbəri həlak etsə, onun yerinə kim gələcək?! Kim onu əvəz edəcək?!

Ərəb ölkələrində baş verən inqilablara baxdıqda, sən həmin ölkə əhalisindən soruş, hansı halları daha yaxşıdır? Krallıq dönəmi, yoxsa inqilab sonrası dönəm?

Hamı bir sözlə deyəcək ki, əvvəlki dönəmləri min dəfə daha yaxşı idi. Bu açıq-aşkar bir haldır.

Digər xəbərlər