Sələf Xəbər


HAQQIMIZDA

 Son Xəbərlər
  • BİZ SƏLƏFİLƏR KİMİK?BİZ SƏLƏFİLƏR KİMİK? BİZİM FƏRQLƏNDİRİCİ CƏHƏTLƏRİMİZ Bizim İslamın əsas məqsədini anlamağımız Bizim dində və elmdə yeniliklərə münasibətimiz Bizim siyasətə [...]

BİZ SƏLƏFİLƏR KİMİK?

Fevral 01
17:30 2018


BİZ SƏLƏFİLƏR KİMİK?

Biz Quran və səhih Sünnənin (Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dediyi sözlər və etdiyi əməllərin) ardınca gedən və bu iki mənbəni saleh sələflərin (“əs-Sələfi əs-Salih”) başa düşdüyü kimi anlayan ortodoksal müsəlman-sünnilərik. Ortodoks anlayışı altında, biz ilk öncə, ekstremizm, ifrat və nöqsanlardan uzaq ilkin İslam dininə ardıcıl və sarsılmaz tərəfdarlığı nəzərdə tuturuq. Saleh sələflər dedikdə isə, ilk növbədə, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, həmçinin iki sonrakı nəsil başa düşülür.

Uca Allah Quranda Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrini və onların ardınca gedənləri tərifləyib demişdir: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur” (Quran: “Tövbə” surəsi, 100-cü ayə).

İslamın ilk üç nəslinin üstünlüyü Allahın Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) səhih hədisində açıq göstərilir: “Ən xeyirli dövr – mənim dövrümdür. Sonra isə onlardan sonra gələnlər, sonra isə onlardan sonra gələnlər” (al-Buxari, Muslim).

Başqa sözlə, biz “Əhli-Sünnə vəl-Cəmaa” [1], yəni Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Sünnəsinin (Yolunun) ardınca gedənlərik. Eyni zamanda, biz özümüzü “Əhli-Sələf’’ adlandıra bilərik, bu, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun), onun səhabələrinin və onlardan bir addım belə kənara ayrılmayaraq, onların ardınca gedən digər mömin əcdadlarının yolu ilə gedənlər deməkdir.

Biz dörd sünni hüquq məktəbinin (məzhəblərin) əsasını qoyan Abu Hənifə, Şafii, Malik və Əhməd ibn Hənbəl (Uca Allah onların hamısına rəhmət etsin) kimi böyük alimləri də mömin əcdadlarımız hesab edirik. Biz hər hansı bir müsəlmanın bu məzhəbləri öyrənməsini və dini təcrübəsində onlara əməl etməsini məqbul sayırıq. Əksinə, bu məzhəbləri inkar etməyi və ümumiyyətlə, qəbul etməməyizəlalət hesab edirik.

BİZİM FƏRQLƏNDİRİCİ CƏHƏTLƏRİMİZ

Biz, Əhli-Sünnə hesab edirik, ki, İslam, insanların zəlalət, cahillik və laqeydlik zülmətlərindən bilik və haqq nuruna çıxarılması və bununla, ədalət mühitində yaşayıb yaxşı əməllər etmələri üçün göndərilmişdir. Hamıya məlumdur ki, İslam insanları əxlaqa, mənəviyyata və yaxşı ədəb qaydalarına çağırır. İslamın mənəvi aspektləri hər tərəfli və saysız-hesabsızdır. İslamın mənəvi aspektlərinə bunları missal göstərmək olar: valideynlərə yaxşı münasibət (bunu qeyd etmək lazımdır ki İslamda anaya ehtiram xüsüsilə vurğulanır), qohumluq əlaqələrini qoruyub saxlama, yaşlı nəslə hörmət bu qəbildəndir. Yalan, oğurluq, sərxoşedici vasitələr və başqa bu kimi pis əməllər qadağan olunur. Lakin bu dinin, dünyadakı bütün başqa dinlər, nəzəriyyələr və ideologiyalardan fərqləndirən,ali və ən mühüm hədəfi insanları məhz təkallahlığa, yənidoğru monoteizm etiqadına çağırmasıdır.

İslam insanlara “monoteizmi”, tək bir Yaradanı – Uca Allahı ilahiləşdirilməyi, ibadətlərin bütün növlərində Ona heç bir başqa şərikqoşmamağı əmr edir. Buna görə məhz təkallahlıq İslamda ən yaxşı və ən vacib əməl hesab edilir. Əksinə, ən böyük haqsızlıq və ən böyük günah Allahla bərabər kiməsə ibadət etmək və onu ilahiləşdirməkdir. Beləliklə, çoxallahlıq Rəhmli Allahın heç vaxt bağışlamadığı tək günahdır. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur”. (Quran: “Nisa” surəsi, 48-ci ayə).

Beləliklə, bizim əsas məqsədimiz – insanları biliklər əsasında, ən yaxşı şəkildə (yəni gözəl və müdrikcəsinə) təkallahlığa çağırmaqdır. Axı Allahın Adəm, İbrahim (Avraam), Nuhdan (Noy) başlayaraq, Musa (Moisey), İsa (İsus) və Məhəmmədə qədər (Uca Allahın onlara salavat və salamı olsun) bütün peyğəmbərlərinin ali hədəfi ,həqiqətən də, məhz bu idi. Biz hesab edirik ki, yalnız bu yeganə yolla – Allahın Peyğəmbərlərinin Yolu ilə – müsəlmanların vəziyyəti ən yaxşı tərəfə düzələ bilər.

İslama belə ultra-ənənəvi baxış bizi bir çox başqa qeyri-ənənəvi müsəlman cərəyanlarından fərqləndirir. Onlardan bəziləri “İslam partiyalarını” yaradaraq və hakimiyyətə gəlməyə çalışaraq, yuxarıdan müsəlmanların vəziyyətini dəyişdirə biləcəklərini düşünərək, İslamı öyrənməyi tərk edib siyasimüxalifətlə məşğul olurlar. Digərləri isə elə hesab edirlər ki, terror və zorakılıqdan istifadə etməklə onlar öz hədəflərinə nail ola və bu yolla müsəlmanların vəziyyətini düzəldə bilərlər. Şübhəsiz, bütün bu yanaşmalar İslamın həqiqi, ortodoksal nəzəriyyəsinə ziddir, çünki “Əhli-Sünnə” üçün “qarşıdurma (müxalifət)” və “partiyalılıq” kimi anlayışlar, təhdidlər, terrorçuluq və zorakılıq qəbuledilməzdir.

Günümüzdə müsəlmanların çoxu bu məsələdə iki ifrata varır. Bəziləri insanların həyatlarında olan və bəşəriyyətin nail olmaq istədiyi istənilən adətləri, innovasiyaları və elmi tərəqqini inkar edər və bidət hesab edir. İnsanların bu qrupu, bugünkü məişət həyatında, insanların 1400 il əvvəl yaşadığı kimi yaşamaq istəyir [2]. Başqaları isə, hər yerdə tərəqqini izləyərək, hesab edirlər ki, İslam dini kamil deyil və bütün qalan elmlər kimi, sonsuza qədər “təkmilləşə” bilər. Şübhəsiz ki, bu ifratların hər ikisi yanlışdır.

Biz – sələfilər, elmi-texnoloji tərəqqini dəstəkləyir və müsəlmanları ona çağırırıq. Bu gün müsəlmanların savadının səviyyəsi çox aşağıdır, bu fakt bizi çox məyus edir. Acınacaqlı haldır ki, İslam sivilizasiyasının yüksəlişinin Qızıl dövründə Al-Xorezmi, İbn Sina (Avisenna), Al-Biruni, Tusi, İbn Xayyan və bir çox başqa böyük alimlərin şəxsində müsəlman elm dahilərinin [3] daha əvvəl riyaziyyat (cəbr, həndəsə) [4], astronomiya, fizika, astrofizika, kimya, biologiya, tarixşünaslıq, coğrafiya, mühəndislik, tibb, iqtisadiyyat, sosiologiya və başqa elmlər sahəsində nail olduqları kimi son bir neçə yüzillikdə müsəlmanlar dünyanı öz elmi kəşfləri və nailiyyətləri ilə sevindirmir.

Təəssüf ki, müsəlman dünyası bu gün özünəməxsus güclü ali təhsil müəssisələrinə malik deyil, əsasən, istehlakçıdır və istehsalla məşğul olmur. Hər şeydən daha artıq bu qanunauyğundur ki, müsəlmanlar əsl dindar olanda onlar elmi sahədə görünməmiş yüksəkliklərə çatırdı, və əksinə, öz dinini tərk edib Yaradanlarını – Uca Allahı unudandadünya elmlərində geri qaldılar. Beləliklə, biz dəqiq asılılıq görürük: “Müsəlmanların arasında İslam dininə hər yerdə və tam şəkildə etiqad edildiyi zaman, bu dünya elmlərinin yüksək inkişafına kömək edirdi, və əksinə, müsəlmanların tədricən öz dinlərini və Allah qarşısında öz öhdəliklərini tərk etməsi onların geriliyinin və deqradasiyasının səbəbi oldu” [5].

Allahın dininin özünə gəlincə isə, o, şübhəsiz, bəşəriyyətin istənilən dövründə mükəmməldir və bizim şəxsi yüksəliş və tənəzzül, iqtisadi inkişaf və böhranlardan asılı deyil. Allahın dini hər hansı əlavələrə və “modernləşmələrə” ehtiyacdan sonsuz dərəcədə uzaqdır, dünyada başqa hər şey üçün isə bu, labüddür. Uca Allah bizə bu haqda Özü bildirib: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (Quran: “Maidə” surəsi, 3-cü ayə). Buna görə biz dinin (onun ideologiyası və ayinləri) daxilində istər ekstremistlər, istərsə də hər hansı başqa qrup insanlar tərəfindən ediləcək istənilən yeniliyi və təhrifi yolverilməz hesab edirik. Biz Allaha yalnız Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) etdiyi kimi, heç nə əlavə etmədən və azaltmadan itaət və ibadət etməliyik. Axı yalnız mükəmməl olmayan və ideal olmayan bir şey düzəlişlərə və yeniliklərə ehtiyac duyur və biz əminik ki, bu, heç bir halda Allahın dini – İslama aid ola bilməz.

Daha bir əsas fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, biz – sələfilər – İslamdakı bütün dini qruplardan və cərəyanlardan fərqli olaraq, müsəlman-rəhbərə qarşı heç vaxt müxalifətdə olmuruq. Hətta, biz əvvəlcə özümüzü, sonra başqalarını Allahın qadağan etmədiyi şeylərdə müsəlman-rəhbərə itaətə çağırmağı özümüzə İslami bir borc bilirik. Məsələn, biz hal-hazırda dövlət başçısı olan – İslama görə hamımızın tabe olmağa borclu olduğumuz – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi (Allah onu qorusun və haqq üzərində sabit etsin) müstəqil Azərbaycan ərazisində özümüzə yeganə rəhbər hesab edirik.

Böyük təəssüflə qeyd etmək lazımdır ki, İslamda rəhbərə qarşı itaətin məcburiliyi və mühümlüyü barədə bu gün bir çox müsəlman bilmir. Əslində isə, rəhbərə itaət Allaha itaətdir, çünki məhz O biz müsəlmanlara rəhbərlərimizə tabe olmağı əmr edir. Uca Allah əmr edir: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan (yəni müsəlmanlardan) ixtiyar (əmr) sahiblərinə itaət edin!”. (Quran, “Nisa” surəsi, 59-cu ayə).

Bizim üçün rəhbər hansı şəkildə hakimiyyətə gəlib, ədalətlidir ya deyildir, prezidentdir və ya padşah – bunların heç biri əhəmiyyətli deyil. Hər bir halda, ona tabe olmaq – mütləqdir. Bir dəfə Xuzeyfa ibn al-Yaman Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) soruşdu ki, başçının ədalətsiz olduğu bir vaxtı görsə, nə etsin? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona belə cavab verdi: “Hökmdara qulaq as və tabe ol. Əgər, o sənin kürəyinə vursa və sənin əmlakını əlinden alsa belə, ona qulaq as və tabe ol” (Muslim). Başqa bir hədisdə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “Rəhbərə tabe olmaqdan imtina edən, müsəlmanlardan ayrılan və bunun üzərində ölən kəs cahillik ölümü ilə ölmüşdür (İslamdan öncəki çoxallahlıq dövrü)” (Muslim).


Bu haqda daha əvvəl bir qədər danışıldı, amma biz heç vaxt bu məsələdə mövqeyimizi (mənhəcimizi) cəmiyyətin buna ehtiyacı olduğu müddətdə, təkrarlamaqdan yorulmayacağıq, ən əsası isə, ona görə ki, İslamın həqiqəti gün kimi aydın olsun, yalan isə torpağın altına girsin (inşəAllah). Bu sadə həqiqət aşağıdakılardan ibarətdir: müsəlman-rəhbərə (bizim halda – ali baş komandan İlham Əliyevə) qarşı müxalif mövqeyin istənilən şəkildə təzahürü İslam dininə görə qadağandır (haramdır). Beləliklə Quran, Sünnə və bütün keçmiş və indiki ortodoksal sünni alimlərinin yekdil rəyinə əsasən “gizli yığıncaqlarda” və ya ictimaiyyət qarşısında, sözlə və ya hərəkətlə olmasından asılı olmayaraq dövlət başçısını tənqid etmək olmaz.

İslamda, insanın arxasınca danışmaq böyük günahlardan biri hesab edilir. Qeybət (qiyba) – bir insan haqqında həqiqəti, onun yoxluğunda, xoşuna gəlməyəcəyini danışmaqdır. Uca Allah qeybətin günahını ölü ətini yeməklə bərabərləşdirir! Uca Allah deyir: “…bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?” (Quran: “Hucurat” surəsi, 12-ci ayə). Heç şübhəsiz ki, bu qeybət dövlət rəhbərinin unvanına səslənərsə onun günahı daha çox olur.

Bunu qeyd etmək lazımdir ki, İslam bizə rəhbərlərin səhvlərini onlara açıq şəkildə insanlar yanında deməyi qadağan edir. Allahın Elçisinin (Allahın ona salavat və salamı olsun) sözləri dediklərimizə ən parlaq nümunədir: “Əgər kimsə rəhbərə səmimi məsləhət verib onun xetasını düzəltmək istəsə, bunu camaat qarşısında etməsin. Onu əlindən tutub, xəlvətə çəkilib ona məsləhət versin.Əgər rəhbər məsləhəti qəbul edərsə, – yaxşıdır, əgər qəbul etməzsə, – onda məsləhəti verən kəs boynuna düşəni yerinə yetirmişdir”.(Əhməd, şeyx Albani hədisi “səhih” kimi təsnif etmişdir).

Buna görə, yuxarıda göstərilən Qurandan və səhih Sünnədən olan bütün dəlilləri diqqətə alaraq, biz hər hansı siyasi müxalifət partiyalarının yaradılmasını və onlara daxil olmağı, mitinq, tətil və hətta hakimiyyətə qarşı sülh nümayişlərinin keçirilməsini qadağan olunmuş hesab edirik. Hələ “İslam partiyaları” və ya “İslam inqilablarını” demirik. Biz hesab edirik ki, bütün bunlar – dini yenilikdir (al-bidəə) və İslama qarşı böyük cinayətdir. Əsl İslam (əgər istəyirsinizsə: həmin “meinstrim”) bu anlayışları qəbul etmir və hər zaman onların yalan olduğunu sübut etmişdir.Gələcək yazılarımızda belə ekstremist yeniliklərin (bidətləri), İslama zidd olduğunu qəti dəlillər və sitatlarla sübut edəcəyik, inşəAllah. Rəbbimizdən bizə bu xeyirli işdə kömək etməyini istəyirik. Amin!

LAYİHƏNİN MƏQSƏDİ

Azərbaycanda və dünyada maksimal dərəcədə etibarlı və ya hamıya məlum vacib hadisələrin, sadəcə, ötürülməsindən başqa bizim Azərbaycan xəbər analitik resursumuzun əsas məqsədlərindən biri – İslam dünyası və müsəlmanlarla bağlı bir çox müasir problemlərin və hadisələrin izahını verməkdir.

İlk növbədə xəvariclər (ideologiyaları razı olmayan hər bir kəsə qarşı terror və zorakılıq istifadə etməyi zəruri hesab edən təriqətlər [6]), dağıdıcı və anti-vətənpərvər baxışları olan bütün radikal müsəlman təriqətlərinə qarşı tammiqyaslı maarifçilik mübarizəsini (təbliğatını) apararaq, vətandaşlarımızın düzgün dini maariflənməsinə və dövlətimizin təhlükəsizliyinə gücümüz çatan töhfəni vermək istəyirik. Belə bir maarifçilik mövzulara müraciət etməyimizin səbəbi, bu ekstremist təriqətlərin həm bizim ölkədə, həm də xaricdə fəallığının artması faktlarıdır. Biz hesab edirik ki, belə ekstremist və dağıdıcı baxışlara qarşı mübarizənin ən effektli yolu birinci növbədə, maarifləndirmədir.

Yalnız bu yolla, maarifçiliklə əzəmətli Quranı Kərimin və pak Sünnənin sağlam işığı ətrafında birləşib, biz – beynəlxalq terrorçuluğun təzahürlərindən biri – “xəvaricliyin” yayılmasının qarşısını xalq və dövlət olaraq ala bilərik. Nüfuzlu İslam xadimlərinində daimə təqdir etdiyi belə maarifçilik yanaşmasına bu günlərdə son dərəcə ehtiyac vardır. Ən azı ona görə ehtiyac var ki, İslam haqqında düzgün biliklərə hələ malik olmayan bir çox müsəlmanlar, öz sadə hisslərinə və emosiyalarınaqapanaraq təhlükəli xəvaric təriqətinin yalançı şüarlarına aldanaraqonlara qoşulmasınlar (belə faktların ölkəmizdədəd olduğu heç kimə sirr deyil). Ədalət xətrinə bunuda qeyd etmək lazımdır ki onların toruna düşən bəzi insanların onlara qoşulması təkcə dini savadsızlığı ucbatından deyil, həyatlarında baş verən müəyyən sosial-iqtisadi çətinliklərə və psixoloji durumuna görə də ola bilər. Amma görünən odur ki bunun əsas səbəbi dini savadsızlıqdır.

Beləliklə, belə inqilabçı yalançı nəzəriyyələrlə onlar həyatlarındakı şəxsi uğursuzluqlara və müəyyən daxili incikliklərə bəraət tapırlar. Nəticədə, onlardan bir çoxu, öz növbəsində, kəmetiqadlı adam olaraq, çəkinmədən dinc əhali ilə hesablaşmağa və buna haqqı olmadan insanların həyatlarına son verməyə başlayırlar. Həm də onların əməllərindəki ən biabırçı və dəhşətli məqam odur ki, onlar bunların hamısını özbaşına və yanlış izah etdikləri Quran və Sünnəninadından edirlər, faktiki olaraq, müsəlmanların İlahi vəhyi ilə oynayırlar.

Bizim vəzifəmiz – bütün müsəlmanlar üçün toxunulmaz olan Quran və Sünnənin müqəddəsliyinə onların qəsd etmələrinə imkan verməmək və bu mətnləri hər bir yalançıdan və qəsdçidən cəsarətlə qorumaqdır.Yalnız belə üsulla, bütün ekstremistlərə və radikallara güclü ideoloji və elmi maarifçilik müqaviməti göstərərək, biz hamımız birlikdə – vahid cəbhə ilə – çoxmillətli cəmiyyətimizdə sabitliyi və nizamı qoruyub saxlaya biləcəyik. Lakin biz – Azərbaycan vətəndaşları – heç bir halda başqalarına, aramızda (cəmiyyətimizdə) zəif olanlara süni (cəmiyyətin özünün yaratdığı) sosial gərginlik zəminində əlavə olaraq radikallaşmağa əsas verməməliyik. Əksinə, biz əhalinin halını daha da korlamamaq üçün bu həssas və incə məsələdə çox ehtiyatla, müntəzəm surətdə, uzlaşaraq və müdrikcəsinə, kəskin hərəkətsiz, sözsüz və emosiyasız hərəkət etməyə başlamalıyıq. Sözsüz, dini ekstremizmlə mübarizədə hüquq-mühafizə orqanlarımızın etdiyi iş gərəklidir və bu məsələdə ən kiçik şübhəmiz belə yoxdur.

Bundan başqa biz şərəfli İslam dininin obrazını korlayan ekstremistlərin və radikalların həqiqi liderlərinə qarşı sərt xarakterli tədbirləri dəstəkləyirik. Lakin yenə də, biz hesab edirik ki, müsəlman gənclərinin radikallaşmasının əsas səbəbi məhz İslamın həqiqi elmi haqqında biliklərin yoxluğundadır. Bu din yalnız nizama çağırır və insanlığa qarşı bütün növ zorakılıqları qadağan edir! Buna görə ideoloji mübarizənin aparılmasına və bu düzgün biliklərin yayılmasına görə əsas məsuliyyət məhz böyük nüfuzlu ilahiyyatçı-alimlərin şəxsində təhsilli, elmi cəhətdən bilikli müsəlmanların, həmçinin İslam elmlərini öyrənən tələbələrin çiyinlərinə düşməlidir.

Biz çox istərdik ki, bizim bütün vətəndaşlarımız bu radikal cərəyanların mahiyyəti haqda bilsin və terrora, xürafata qarşı olan əsil müsəlmanları onlardan ayıra bilsinlər. Təəssüf ki, son zamanlar bir çox vətəndaşlarımız müsəlmanların dindarlığının istənilən təzahüründə – ekstremizm və təhdid görürlər. Biz anlayırıq ki, bütün bunların səbəbi onların həqiqi islami biliklərinin olmamağıdır və bu biliklərin yayılmasının əhəmiyyətini bir daha dərk edirik.

Sonda, Allahdan bizə işimizdə kömək etməsini və bu işin bütün müsəlmanlar üçün xeyirli olmasını istəyirik!

«Sələf Xəbər» saytının redaksiyası

_________________________________________________

[1] “Əhli-Sünnə vəl-Cəmaa”– “Sünnə və Vahid Müsəlman İcmasının ardıcılları”. “Vahid”, yəni iki ifrat: ekstremizm və laqeydlikdən uzaq olan düzgün ortodoksal və ən təmiz əqidə ətrafında. Cəmiyyətdə buna “Orta Yol” deyilir. Beləliklə, “Əhli-Sünnə vəl-Cəmaa” elə “Orta Yoldur”.

[2] Təəssüf ki, bu gün, dində biliksiz bir çox müsəlman ABŞ-da amiş (Amish People) – xristian cərəyanının davamçılarına oxşayır. Bu təriqət Birləşmiş Ştatlarda məhz onunla məşhur oldu ki, bəşəriyyət üçün elektrik, avtomobil, telefon, internet, radio və televiziyadan istifadə etməyi qəti şəkildə qadağan edilmiş sayır; onlar olduqca özünəməxsus və hamıdan qapalı bir həyat tərzi sürür, bu da Qərbdə çoxsaylı müzakirələr doğurur. Biliksiz müsəlmanlar bu gün amişlər kimi belə kəskin dərəcəyə çatmasalar da, lakin çox vaxt insanlara məişət həyatında, tibbdə və cəmiyyətin adətlərində bir çox şeyləri əsassız qadağan edir, halbuki bunların əksəriyyəti İslama heç bir cəhətdən zidd deyil.

[3] Burada Yaxın Şərq və Mərkəzi Asiyanın müsəlman elm dahilərinin daha geniş siyahısı verilir, hansılar ki, ən azı beşlik hind hesablama sisteminə “sıfır” anlayışını daxil etməklə və onu onluq sistemə qədər təkmilləşdirməklə bütün cəmiyyətin və elmin tərəqqisinə öz böyük töhfəsini veriblər. Dünya elmində bu innovasiya olmadan eramızda informasiya texnologiyalarının (IT) yaradılması bizim bu gün görməyə öyrəşdiyimiz məhz bu şəkildə (çünki kompüterdə olan informasiya – faktiki olaraq, bir və sıfır rəqəmlərinin düzümündən ibarətdir) mümkün olmazdı. Bu, ümumbəşər tərəqqisinə nail olmaqda bütün müsəlman alimlərinin razılığı əldə edilən elmi fikirdəki minlərlə yenilikdən yalnız biridir. Onlar dünya elmlərinin bütün növlərini tamamilə başqa səviyyəyə çıxarmağı bacardılar və biz adi həyatımızda onların əməyinin nəticəsini bu günə kimi müşahidə edə bilərik. Allah onlara rəhmət etsin.

[4] Məlumat üçün: hamıya məlum müasir “cəbr” sözü müsəlman alimi Məhəmməd ibn Musa al-Xorezmiyə məxsus “Kitab al-cəbr val-mukabalə” (“Tamamlama və müqayisə haqqında kitab”) adlı riyaziyyat üzrə məşhur əsərin şərəfinə ərəb dilindəki “al-cəbr” sözündən əmələ gəlib. Eləcə də latın riyazi termini sayılan “alqoritm” (algorismus, algorithmus), əslində heç də latın deyil, elə həmin məşhur müsəlman alimi (VIII-IX-cu əsrlər) “Al-Xorezmi”nin soyadından əmələ gəlib. Yeri gəlmişkən, məhz o 834-cü ildə riyaziyyat fənnində bu günə kimi olan cəbr və həndəsəni ayırmışdır.

[5] Yeri gəlmişkən, əski Avropada Xristianlıq həmişə elmin inkişafını manə olurdu, yalnız öz dinindən uzaqlaşdıqdan sonra avropalılar bugünkü irəliləməyə nail olmağı bacardılar. Avropada Orta əsrlərdə Kilsənin hökmranlığı səbəbi ilə “Qaranlıq Əsrlər” olduğu zaman (öz dərsliklərində bu dövrü belə adlandırırlar), müsəlmanlar məhz bu dövrdə öz “Yüksəlişinin İntibah Dövrünü” yaşayırdılar və bu, məhz İslamın təsiri altında baş verirdi. İslama qədər isə ərəblər o dövrün – mənəvi, sosial və iqtisadi mənada ən geridə qalmış xalqlarından biri idi. Təəccüblü faktdır ki, eyni Avropada öz xarakteri ilə tamamilə əks olan inkişaf mərhələləri baş verirdi, yəni: Müsəlman İspaniyasında məşhur Andalusiya, Kordoba Xəlifəsi inkişafın və heyranedici gözəlliyin ən yüksək həddində idi. Bu o zamana təsadü edirdi ki, qalan Xristian Qərbi Avropasında cahillik və avamlıq hökm sürürdü. Bununla əlaqədar olaraq, Allahın bizə (bütün müsəlmanlara) yönəldilmiş sözlərini xatırlatmaq çox münasib olardı: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da Yer üzünün varisləri edəcək” (Quran: “Nur” surəsi, 55-ci ayə).

Hadisələrin bütövlükdə tarixi təhlilinə və xüsusilə, bu müqəddəs ayənin təhlilinə əsaslanaraq, növbəti aydın və dəqiq nəticə doğur: Bugünkü müsəlmanlar Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri və qəti surətdə onların arxasında gedən əsl (qurucu) dindarların şəxsində ilk müsəlmanların müvəffəqiyyətə və inkişafa nail olduqları eyni yolla irəlilədikləri təqdirdə dünya həyatında, iqtisadiyyatda və elmdə müvəffəqiyyətə nail ola biləcəklər. Yalnız Quran və Sünnəyə qayıtma bu gün bütün Müsəlman dünyasına həqiqi müvəffəqiyyət gətirəcəkdir.Bu iki mənbənin artıq daha əvvəl bütün dünyaya bir dəfə göstərdiyi və həmçinin bir daha və bir daha, lazım olduğu qədər göstərməyə hazır olduğu həmin müvəffəqiyyətdir. Çünki bu müqəddəs mənbələrin bünövrəsinə qoyulmuş potensial – hər tərəfdən (hətta 21-ci əsrdə iqtisadi tərəfdən olsun) unikal və tükənməzdir. Günbəgün bu düşünən insanlar üçün daha aşkar olur və yalnız ən biliksiz və ya təkəbbürlü bir kəs göz qabağında olan bu faktı inadla qəbul etməyəcəkdir.

Beləliklə, tarix – bizə, həqiqətlə yalanın o dərəcədə bir-birinə dolaşdığı, və biri birindən ayırmağın çətin olduğu, son dərəcə dolaşdırılmış 21-ci əsrdə bir çox mürəkkəb hadisələri anlamağa imkan verən böyük elmdir. Əlbəttə ki, biz, müsəlmanlar, keçmişlə yaşamamalıyıq – bu, heç mümkün də deyil! Biz, sadəcə, mömin sələflərimizdən ibrət almalı, onların çox böyük tərcümeyi-halını öyrənməli, o dövrün tarixi hadisələrini dəqiq təhlil etməli və onların belə sürətli inkişaf, tərəqqi və irəliləmələrində ən mühüm bünövrə və əsas səbəbin nə olduğuna baxmalıyıq… Sonra biz onlardan eyni nümunəni götürməliyik, onların müvəffəqiyyətinin o sarsılmaz əsas səbəbindən möhkəm yapışmalı, tarixi tarixçilərə verməliyik, özümüz isə bu ən mühüm bünövrə – əzəmətli Quran və pak Sünnə ilə birlikdə irəli, gələcəyə yönəlməliyik. Əvvəlki müsəlman nəsillərini böyük qəhrəmanlıqlara və kəşflərə ruhlandıra bilən bir şey, həmçinin indiki nəsli də ruhlandırmalıdır. Bizim nəsilUca Allahın verdiyi fitri qabiliyyətləri ilə onlardan heç də geri qalmır.. Əsas odur ki, biz hamımız birlikdə bunu çox istəyək, və nəticə Allahdandır. Uca Allahdan bütün müsəlmanların işlərini nizama salmağını diləyirik!

[6] Xəvariclik – xəvariclər (ərəbcədən خوارج‎‎ [xəvaric]) — çıxmışlar, tərk etmişlər (təfriqçilər) mənasını verir — islam tarixində müsəlmanların əsas hissəsindən (ortodoksal sünnilərdən) ayrılmış ilk firqədir. Siffin döyüşündən sonra 657-ci ildə, xəlifə Əli və Muaviyə (Allah onların hər ikisindən razı olsun) arasında ixtilaf dövründə meydana çıxıblar. İlk xəvariclər Əli ilə Muaviyə (Allah onların hər ikisindən razı olsun) aralarındakı anlaşılmazlıqları, nəhayət ki, həll edib yenidən birliyə gəldiklərinə görə Əlini (Allah ondan razı olsun) küfrdə ittiham edib ona qarşı üsyan edən və öz ordusundan olan 12 min döyüşçü oldu. Ayrılmış yeni təriqətçilər qrupu Basraya (İraq) getmiş və orada öz hərbi bazasının əsasını qoymuşdur, buradan onlar xəlifəyə sadiq olan şəhərlərə hücum edirdilər. Xəvariclər öz inqilabi məqsədlərinə çatmaq üsulu kimi əleyhdarlarına qarşı siyasi qətllər və qiyamlar tətbiq edirdilər. 661-ci ildə onlar xəlifə Əlini (Peyğəmbərin, Allahın ona salavat və salamı olsun, əmisi oğlu) namərdcəsinə öldürmüş, və həmçinin Muaviyəni (Peyğəmbərin, Allahın ona salavat və salamı olsun, qaynı) xaincəsinə qətl etməyə cəhd etmişlər. Onlar kiçik və böyük günahlar barədə öz təsəvvürlərini icad etmiş, bu da İslamda ilk dini yeniliklərdən (bidət) biri olmuşdur.Bu xəvaric bidəti böyük günah və ədalətsizlik etmiş müsəlmanı İslamdan çıxmış və dindən dönmüş (kafir) elan edir.

Digər xəbərlər