Rəhbərə müxalif olmaq üçün partiya qurmaq – Şeyx Saleh bin Fovzan əl-Fovzan
Oktyabr 09
19:16
2017
9. 219 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Allah sizi xeyirlə mükafatlandırsın, sualda deyilir ki, rəhbərə müxalif olmaq üçün partiya qurmaq olarmı? Bu üsyan sayılırmı və bu xəvariclərin yoludurmu?
Cavab: Bəli, xəvaricləlrin mənhəci elə budur. Onların işi rəhbərə müxalif olmaq, ona qarşı çıxacaq partiya qurmaqdır. Bunun rəhbərə qarşı üsyan, yaxud üsyanın bir növü olmasında heç bir şübhə yoxdur.
Əslində vacib olan müsəlmanların rəhbərlərini eşidib, onlara itaət etməkdir.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!” (ən-Nisa: 59).