Quran həmişə qalacaq möcüzədir – Şeyx Saleh bin Fovzan əl-Fovzan
10. 985 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Möcüzələr çoxdur, lakin həmişə qalacaq möcüzə əlimizdə olan bu Qurani-Kərimdir.
Quran Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sadiqliyinə, şəriətinin və peyğəmbərliyinin doğruluğuna, onun gətirdiyi şəriətin haqq olduğuna, Allah dərgahından gəldiyinə dəlalət edən möcüzələrin ən böyüyüdür.
Bu Quran çatmış hər kəsə ona iman gətirmək və təslim olmaq vacibdir. Kim bu Qurana iman gətirməz və təslim olmazsa, o kimsə inadkardır. Ona artıq hüccət çatmışdır. Bu səbəbdən uca Allah Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Bu Quran mənə sizi və ona yetişəcək kimsələri xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu…” (əl-Ənam: 19).
Yəni, Quran nazil olarkən sağ olan kimsələri və gələcəkdə qiyamətə qədər Quran çatacaq kimsələri xəbərdar edirəm.
Kimə bu Quran çatıbsa, ona Allahın dəlil-sübutu (ərəb. hüccət) çatmışdır. Belə insan ya buna iman gətirər, ya da iman etməz və beləliklə Uca və Nöqsansız Allah qarşısında heç bir üzrü qalmaz.