Süni mayalanma – Şəriətin mövqeyi
13. 058 dəfə baxılıb
Övlad sahibi olmaq hər bir insanın arzusudur. Lakin bəzi hallarda bu arzuya normal üsulla qovuşmaq çətin, yaxud mümkünsüz olur. Müasir tibb elmi “süni mayalanma” yolu ilə bu işdə insanlara yardım edə bilir.
Bəs görəsən İslam Şəriətinin bu məsələyə münasibəti necədir?
Redaksiyamızın məsələ ilə bağlı apardığı araşdırma əsasında deyə bilərik ki, süni mayalanmanın bir neçə üsulu var. Bunlardan bəzisi şəriətimizlə icazəli, bəzisi isə qadağandır.
Süni mayalanmanın üsullarını aşağıdakı kimi xarakterizə etmək olar:
1. Ərin spermasını yad qadının yumurta hüceyrəsi ilə mayalandırıb, ərin arvadının bətninə yerləşdirmək;
2. Yad kişinin spermasını qadının yumurta hüceyrəsi ilə mayalandırıb, arvadın bətninə yerləşdirmək;
3. Ər ilə arvadın yumurta hüceyrələrini mayalandırılıb yad qadının bətnində yerləşdirmək;
4. Yad kişinin sperması və yad qadının yumurta hüceyrələrini mayalandırıb arvadın bətninə yerləşdirmək;
5. Ər ilə arvadın yumurta hüceyrələrinin mayalandırılıb, kişinin digər həyat yoldaşının bətnində yerləşdirilməsi;
6. Ərin sperması və arvadın yumurta hüceyrəsini kənar mühitdə mayalandırıb, arvadın bətninə yerləşdirilməsi;
7. Kişinin spermasını götürüb arvadının bətninə yerləşdirilməsi.
Süni mayalanmanın bilinən halları bunlardır.
Dünya Müsəlmanları Liqasının İslam Fiqhi Şurasının 16 oktyabr 1986-cı il qərarına əsasən Siyahıdakı ilk 5 hal şəriətlə qadağandır, haramdır.
6 və 7-ci üsullar isə icazəlidir. Lakin burada da sperma və yumurta hüceyrələrinin ər və arvada məxsus olmasından tam əmin olmaq lazımdır.
Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır.