Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

ARDNŞ iki şirkət yaratdı

Avqust 29
16:11 2014

“Sələf Xəbər” Bakupost-a istinadən bildirir ki, Dövlət Neft Şirkəti “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində iki şirkət yaradıb.

Hər iki şirkət (“SOCAR Upstream Management İnternatilonal” və “SOCAR Midstream Operations”) ARDNŞ-in mərkəzi ofisindədir və 1000 manat nizamnamə kapitalına malikdir.

Xatırladaq ki, bu ilin fevralında “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə etmək üçün “Cənub Qaz Dəhlizi” QSC yaradılıb. QSC-nin nizamnamə kapitalı 100 milyon dollardır. QSC-nin səhmdarları ARDNŞ (49 faiz) və İqtisadiyyat və Sənaye Nazirliyidir (51 faiz). Yeni şirkətləri məhz bu QSC yaradıb.

May və iyulda SC $2 mlrd 163,7 mln məbləğində istiqraz buraxıb. Onları Dövlət Neft Fondu alıb.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 662 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN