Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Stiv Cobs öz uşaqlarına iPhone niyə qadağan edirdi?

Oktyabr 08
21:19 2014

“Sələf Xəbər” www.adme.ru saytına istinadən Stiv Cobsun Apple şirkətinə rəhbərlik etdiyi müddətdə öz uşaqlarına iPad və iPhone-larla çox oturmağı qadağan etdiyini bildirir. Niyə?

The New York Times qəzetinin jurnalisti Nik Bilton Stiv Cobsla müsahibə zamanı ona belə bir sual verir: “Yəqin sizin uşaqlarınız iPad dəlisidirlər”. Və belə bir cavab alır: “Onlar demək olar ki, iPad-dən istifadə etmir. Evdə biz uşaqların iPad ilə keçirdiyi vaxtı məhdudlaşdırırıq”.

Gəlin razılaşaq ki, texnologiyaların inkişafına belə böyük bir töhfə vermiş insan, onların təhlükəsi barədə daha çox xəbərdardır və bu barədə düşünməyə dəyər.

Bu cavab jurnalisti heyrətə salır. Ona elə gəlirdi ki, Stiv Cobsun evi nəhəng sensor ekranlarla doludur, Cobs özü isə qonaqlara şirniyyat əvəzinə iPad paylayır. Amma bu heç də belə olmayıb.

Ümumiyyətlə, texnoloji şirkətlərin rəhbərlərinin və Silikon Vadisi sahibkarlarının əksəriyyəti istər kompüter, smartfon və ya planşet olsun, uşaqlarının ekran qarşısında keçirdikləri vaxta məhdudiyyətlər qoyur. Stiv Cobsun ailəsində qacetlərin gecə və istirahət günləri istifadəsinə qadağa var idi. Texnologiya aləminin digər dahiləri də eyni davranış nümayiş etdirir.

Qəribə səslənə bilər, lakin belə görünür ki, İT nəhənglərinin direktorları sadə insanların bilmədiklərini bilir.

Hal-hazırda 3D Robotics şirkətinin icraçı direktoru, Wired jurnalının keçmiş redaktoru Kris Anderson ailə üzvlərinin qacetlərdən istifadəsi üçün məhdudiyyətlər qoyub. O hətta cihazları elə qurub ki, ailə üzvləri hər cihazdan sutka ərzində bir neçə saatdan artıq istifadə edə bilməsinlər.

“Uşaqlarım məni və həyat yoldaşımı günahlandırırlar ki, guya biz texnologiyaların təsiri barədə həddən artıq təlaşlanırıq. Onlar deyir ki, dostlarından heç birinə qacetlərdən istifadə etməyi qadağan etmirlər”, o deyir.

Andersonun 6-17 yaş arası 5 uşağı var və məhdudiyyətlər onların hər birinə şamil olunur.

“Çünki mən internetə həddən artıq aludə olmağın təhlükəsini hamıdan yaxşı bilirəm. Özümün hansı problemlərlə üzləşdiyimi bilirəm və istəmirəm ki, bu problemləri mənim uşaqlarım da yaşasınlar”, o izah edib.

İnternetin “təhlükələri” dedikdə, Anderson qeyri-münasib məzmun və uşaqların bir çox böyüklər kimi yeni texnologiyalardan asılılığa düşmə ehtimalını nəzərdə tutur.

Bəziləri isə bu məsələdə daha irəli gedir. OutCast Agency şirkətinin direktoru Aleks Konstantinopol deyir ki, onun 5 yaşlı oğlu ümumiyyətlə həftə içi günlərdə cihazlardan istifadə etmir. 10 və 13 yaşlarında olan digər 2 uşağı isə evdə planşet və fərdi kompüterlərdən gün ərzində cəmi 30 dəqiqə istifadə edə bilərlər.

Blogger və Twitter şəbəkələrinin əsasını qoymuş Evan Uilyams da 2 oğluna eyni məhdudiyyətləri tətbiq edib. Onların evində yüzlərlə kitab var və uşaqlar istədiyi qədər kitab oxuya bilər. Planşet və smartfonlarla isə
məsələ bir az qəlizdir – onlardan gün ərzində yalnız bir saat istifadə etmək olar.

Araşdırmalar göstərir ki, 10 yaşa qədər uşaqlar yeni texnologiyalara daha həssasdırlar və onlardan asılı hala düşürlər. Odur ki, Stiv Cobs haqlı imiş: tədqiqatçılar bildirir ki, uşaqlara gün ərzində planşetlərdən yarım saatdan artıq, smartfonlardan isə 2 saatdan çox istifadə etməyə icazə verilməməlidir. 10-14 yaşlı uşaqların fərdi
kompüterlərdən istifadəsinə icazə verilə bilər, lakin yalnız dərs tapşırıqlarının yerinə yetirilməsi üçün.

Bir sözlə, İT-qadağalar amerikalıların evlərində getdikcə dəbə çevrilir. Bəzi valideynlər uşaqlarına yeniyetmələr üçün qurulmuş sosial şəbəkələrdən (məsələn, Snapchat) istifadə etməyi qadağan edir. Onlar daha uşaqlarının internetdə postlar yazmasına görə narahat deyillər: axı uşaqlıqda düşünülmədən yazılmış bəzi yazılar, onların müəlliflərinə böyüdükdən sonra zərər yetirə bilər.

Alimlər bildirir ki, texnologiyaların istifadəsinə qoyulan qadağaları 14 yaşda qaldırmaq olar. Anderson isə hətta öz 16 yaşlı uşaqlarını bütün növ ekranlardan – hətta televizor ekranlardan da qoruyur. Twitter sosial şəbəkəsinin icraçı direktoru Dik Kostolo öz yeniyetmə uşaqlarına qacetləri yataq otağına aparmamağa və onlardan yalnız qonaq otağında istifadə etməyə icazə verir.

Bəs uşaqların başını nə ilə qataq? Stiv Cobs barəsində yazılmış kitabın müəllifi deyir ki, Cobs qacetlərlə keçirilən vaxtı uşaqlarla ünsiyyət və onlarla kitabları, tarixi, bir sözlə istənilən mövzuları müzakirə etməklə əvəzləyirdi. Lakin onlardan heç biri atası ilə söhbət etdiyi vaxt iPad və iPhone çıxarmaq istəyində olmurdu.

Nəticədə isə onun uşaqları internetdən asılı olmayaraq böyüdülər. Bəs siz bu məhdudiyyətlərə hazırsınız?

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930