Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 01.02.2015

Fevral 01
09:30 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin): “İsrafçılığa yol verilməməlidir”


“İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz – nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən, indiki şəraitdə”.
“Azərbaycan vətəndaş-məmur münasibətlərində də nümunəvi ölkə olmalıdır”.
“Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır”. Daha ətraflı

🌎

Kral Salman Obamanı namaza görə belə gözlətdi – VİDEO


ABŞ Prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı maraqlı anlar yaşanıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, səfər zamanı Obama bir neçə dəqiqə Kral Salman ibn Əbdüləzizi qırmızı xalçanın üstündə gözləməli olub.
Kral Salmanla Prezident Obama söhbət etdikləri əsnada əsr namazının azanı oxunub. Bu zaman Kral Salman Obamanı elə oradaca tək qoyaraq namaz qılmağa gedib. Daha ətraflı

🌎

İki Müqəddəs Məscidin ən yaşlı müəzzini vəfat etdi – VİDEO


“Sələf Xəbər” Alanba.com-a istinadən bildirir ki, İki Müqəddəs Məscidin ən yaşlı müəzzini Şeyx Kamil ən-Nəcdi vəfat etdi.
Hicri ilə 1357 (1938) – ci ildə Mədinə şəhərində anadan olmuş Şeyx Kamil İki Müqəddəs Məscidin ən qədim müəzzinidir. O, 57 il bundan öncə hicri ilə 1378 (1958) – ci ildə Peyğəmbər məscidinə müəzzin təyin edilmişdi. Daha ətraflı

🌎

Ərdoğan: “… xəritədə heç Ermənistanın yerini bilmir”


“Erməni diasporası sakit durmur. Onlar yenə aranı qarışdırmağa, saxtakarlığa davam edərək, sanki mübahisədən Türkiyəyə qarşı istifadə etməyə çalışırlar”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib. Daha ətraflı

🌎

Alman futbolçu müsəlman oldu – FOTO


Almaniyanın “Nürnberg” komandasının yarımmüdafiəçisi Danni Blum İslamı qəbul edib.
“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, alman mətbuatı futbolçunun 5 vaxt namaz qıldığını, tez-tez məscidə gedərək ibadət etdiyini, spirtli içkilərdən uzaq durduğunu və qidalarda halal qidaları seçdiyini bildirib. Alman mətbuatının yazdığına görə, o, ibadət edəndə belə başqalarını narahat etməməyə çalışır. Daha ətraflı

🌎

Terror nəticəsində 45 ölü və 74 yaralı – FOTO


“Sələf Xəbər” aljazeera.net- ə istinadən verdiyi məlumata görə, dünən gecə Misirdə Sinanın şimalında ordu qərərgahına olan hücum nəticəsində hərbçilərdən və şəhər camaatından ölənlərin sayı 45-ə, yaralananların sayı isə 74-ə çatıb. Daha ətraflı

🌎

Mədinə ilə Məkkə arasında qatar xətti açıldı


Sələf Xəbər” www.saudigazette.com.sa saytına istinadən xəbər verir ki, Mədinə qataryolu stansiyası tərəfindən xəttə buraxılmış yeni qatarlar bu həftənin çərşənbə axşamı Ciddəyə yola düşüb.
Yoldan ötən insanlar heyranlıqlarını gizlədə bilməyərək yeni qatarın şəkillərini və videogörüntülərini qeydə alıblar. Şirkət nümayəndəsi Ciddə İslam Limanına çatan qatarların sayının 14 olduğunu bildirib. Daha ətraflı

🌎

Türkiyə Prezidenti Somalidə məsciddə azan verdi – FOTO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somaliyə səfər edib. “Sələf Xəbər”Avropa.info-ya istinadən xəbər verir ki, Somalidə bir sıra yeni layihələrin açılışında iştirak edən Ərdoğan, burada TOKİ tərəfindən inşa edilən və anası Tənzilə Ərdoğanın adını daşıyan məscidin də açılışını edib. Daha ətraflı

🌎

“Hər gün 30-40 zeytun ye, xəstəxananın yolunu unut”


O, hətta, zeytun yarpağından dəmlənmiş çayın da immun sistemini qüvvətləndirdiyini diqqətə çəkib.
Türkiyənin Kardiologiya mütəxəssisi, Professor Doktor Canan Karatay, “hər gün 30-40 zeytun ye, xəstəxananın yolunu unut”, -deyərək elmi məruzəylə çıxış edib. Daha ətraflı

🌎

Öyrəndiklərinizi yadda saxlamağın 4 qızıl qaydası


“Sələf Xəbər” www.businessinsider.com saytına istinadən öyrənmə prosesinizi asanlaşdıracaq 4 üsulu təqdim edir.
Əgər nəsə öyrənməyə hazırlaşırsınızsa, əvvəlcə bunları bilməlisiniz: Daha ətraflı

🌎

Digər xəbərlər