HƏFTƏNİN YEKUNU – 03.01.2016
1. 066 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
“Yeni il”i nə üçün qeyd etməməliyik?
“Sələf Xəbər” www.sunnapress.com saytına istinadən “yeni il”in İslamda hökmü barədə maarifləndirici məqaləni təqdim edir:
Çoxlarımız bütün uşaqlığımız boyu səbrsizliklə “yeni il”i gözləmişik. Çoxları üçün bu ən xoş və sevimli bayram olub və hətta, böyüdükdən sonra da o bizdə xoş xatirələr oyadıb. Bəs, bu bayram həqiqətənmi bu qədər xoş və zərərsizdir? Daha ətraflı
Mendeleyevin cədvəlində yeni element kəşf edildi
Yaponiya hökuməti Mendeleyevin dövri cədvəlindəki 113-cü elementin Milli Təbii Elmlər İnstitutu tərəfindən kəşf edilməsi barədə rəsmi məlumat yayıb. Daha ətraflı
2015-ci ildə Suriyada 55 mindən çox insan ölüb
Ölənlər arasında 21 min mülki şəxs, həmçinin 2574 uşaq var.
2015-ci ildə Suriyada 55 min 219 nəfərin ölümü sənədlərlə əsaslandırılıb. Daha ətraflı
Səudiyyə Ərəbistanı 47 terrorçunu edam etdi
Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatında 47 terrorçunun edam edildiyi bildirilir. Daha ətraflı
“Hizbullah Rusiyanın nəzarətindədir”
“Rusiya terrorçu qruplara maliyyə yardımı edir”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın TSN telekanalına şərti adı Yevgeni olan Rusiya Xüsusi Xidmət Orqanının əməkdaşı deyib. Daha ətraflı
İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Ermənistan sülh istəmir”
“Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmayıb. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin”. Daha ətraflı
Ərdoğan Kəbədə – FOTO
Ziyarət zamanı onu həyat yoldaşı və nazirlər müşayiət edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Məkkə şəhərini ziyarət edib. Daha ətraflı
İqtisadi böhran: münasibət, davranış, səbəb və çıxış yolları
Aləmlərin Rəbbi Allaha həmd olsun. Biz ondan kömək diləyir, bağışlanma istəyir, nəfsimizin şərrindən və pis əməllərimizdən Ona sığınırıq. Həqiqətən Allahın azdırdığı kimsəni heç kəs düz yola yönəldə bilməz, düz yola yönəltdiyini isə heç kimsə azdıra bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Muhəmməd də Onun qulu və elçisidir. Daha ətraflı
İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”
“Əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək”.
“Gələn il daha da ciddi struktur islahatları aparılacaq. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək”. Daha ətraflı
Ərdoğan Putinin dəvətini rədd edib
Türkiyə prezidenti: Soyqırım işlədən adamla Türkiyə heç vaxt yan-yana bir masada əyləşməz.
“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanına səfəri öncəsi Əl-Ərəbiyyə telekanalına özəl müsahibə verib.
Ərdoğan müsahibəsində Rusiya və Suriya ilə bağlı maraqlı detallara toxunub. Daha ətraflı