HƏFTƏNİN YEKUNU – 06.03.2016
906 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
Ordumuz düşməni belə məhv etdi – VİDEO
Martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər. Daha ətraflı
Qaraciyər piylənməsinin qarşısını necə alaq?
Hər 4 adamdan biri qaraciyər piylənməsindən əziyyət çəkir.
Bizim qaraciyərimiz niyə piylənir?
Qaraciyərdə piy toxuması olmur yalnız qaraciyərin ətrafları əvvəlcə piylənməyə başlayır, qarın piyləri əmələ gəlir sonra yavaş-yavaş qaraciyər sıxılır və əlamətləri başlayır. Əvvəlcə yeməkdən sonra köpmə başlayır, sonra ürəkbulanma, sonra bəzi hallarda qusma, sonra sağ qaraciyəraltı nahiyədə ağrılar və qaraciyərin bərkiməsi. Daha ətraflı
“Obama erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması planı üzərində işləməlidir”
“The Washington Times”: Obama erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması planı üzərində işləməlidir.
“Dünya liderlərinin quldur dövlətləri və terrorçu qruplaşmaları nüvə silahlarından necə uzaq tutmaqla bağlı müzakirələr aparacağı bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi prezident Barak Obamaya sovetlərin dağılmasından sonra qalan ən narahatedici münaqişələrdən birinin həllində aparıcı rol oynamağa imkan verir”. Daha ətraflı
Rusiya mətbuatı: “Azərbaycan Qarabağı bir neçə günə alacaq”
Rusiya Baş nazirinin müavini, Dmitri Roqozinin Bakıya səfəri Rusiya KİV və hərbi ekspertlərin diqqətini çəkib.
“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, “Komersant” qəzeti Roqozinin Bakıya səfərinin silah borcu ilə əlaqədar olduğunu yazırdı. Amma qeyri-rəsmi məlumata görə, səfər zamanı Roqozinin müzakirə etdiyi məsələlərin çevrəsi daha geniş olub. Daha ətraflı
Qətərlə Azərbaycan arasında 8 sənədin imzalanacağı gözlənilir
Qətər əmirinin Azərbaycana səfəri zamanı iki ölkə arasında 8 sənədin imzalanacağı gözlənilir.
Qətər əmiri Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycana rəsmi səfərə gələcək.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, səfər çərçivəsində əsas görüşlər martın 8-də keçiriləcək. Daha ətraflı
Qurani-Kərim ayələrində ölümdən sonrakı həyat
Ölümdən sonra həyatın olması danılmaz bir həqiqətdir. Çünki uca Allah Qurani-Kərimdə bu haqda bir çox ayələrdə vəd verməkdədir.
Sələf-Xəbər redaksiyası həmin ayələri əks elətdirən infoqrafikanı sizə təqdim edir. Daha ətraflı
Körfəz ölkələri “Hizbullah”ı terror təşkilatı kimi tanıdı
6 ölkənin yer aldığı Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurası “Hizbullah” hərəkatını terror təşkilatı kimi tanıyıb.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, Şuranın baş katibi Əbdüllətif Bin Rəşid Əl-Zəyaninin sözlərinə görə, “Hizbullah”ın təşkil etdiyi hücumlar onun terror təşkilatı olduğunu təsdiq edir. Daha ətraflı
Fazil Mustafa: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əxlaqı bir qıraqda qaldı…”
“Biz İslamı kənara qoyub əlimizdə bıçaq başımızı yardıq…”
2014-cü ilin avqust ayında Azərbaycan hökuməti yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri “adət”ini ləğv etməyə qərar verdi. Azərbaycanda bir neçə dəfə yas mərasimlərindəki israfçılığın qarşısını almaq cəhdləri olsa da, bu, nəticəsiz qalıb. Daha ətraflı
Allahın bəndədə sevdiyi 12 xüsusiyyət
Ədalət, mərhəmət və gözəl əxlaq dini olan İslam, bütün bəşəriyyət üçün yeganə qurtuluş yoludur. Uca Rəbbimizin lütf etdiyi Qurani-Kərimdə bizə deyilən əxlaqi keyfiyyətlərə əməl etsək, ən doğru, ən ədalətli, ən əxlaqlı ümmət olarıq. Daha ətraflı
200 minlik İslam ordusunun təlim görüntüləri – FOTO və VİDEO
Səudiyyə Ərəbistanında 20 ölkənin iştirakı ilə “Şimal gurultusu” adlı hərbi təlimlərə başlayan iki yüz minlik islam ordusunun təlim məşqlərinin görüntüləri yayımlanıb.
Səudiyyə Mətbuat Xidmətinin yaydığı məlumata görə “Şimal gurultusu” adı altında keçirilən təlimlər həm ordu sayına, həm də təlim-məşq ərazisinin böyüklüyünə görə dünyanın ən böyük hərbi təlimlərindən hesab olunur. Daha ətraflı