Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 11.01.2015

Yanvar 11
09:45 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu qorusun): “Səudiyyə Ərəbistanı Krallığı kimi bir ölkə Ermənistanla heç bir diplomatik əlaqələr qurmur”


“Sələf Xəbər” aljazeera.net- ə istinadən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (Allah onu qorusun) Ərəb dünyasının ən məşhur xəbər kanalı olan “əl-Cəzira” kanalına verdiyi müsahibəsinin bir hissəsini sizə təqdim edirik:

Jurnalist Salam əl-Ubeydi: – Cənab Prezident, icazə verin bu günkü dialoqumuzu Azərbaycanın Ərəb və İslam dünyası ilə əlaqəsindən danışmaqla bitirək.

İlham Əliyev: – Ərəb dünyası ilə bizim əlaqəmiz olduqca müsbət şəkildədir. Bu bizim xarici siyasətimizdə də mühüm bir yeri kəsb edir. Bu reallıqdan doğan nəticələr son illərdə bir neçə ərəb ölkələrində səfirliklər açmağımızdır. Bu olduqca mühüm olan bir amildir. Hansı ki, ərəb ölkələri ilə əməkdaşlığın əhəmiyyətinə dəlalət edir. Mən prezidentlik illərimdə Səudiyyə Ərəbistanı Krallığına üç dəfə səfər etmişəm. Bu səfərlərdən biri rəsmi idi. Daha ətraflı

🌎

Ermənilərin daha bir saxtakarlığı üzə çıxdı – FOTO


Ermənilər uydurma “soyqırımı”nın təbliğində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciənin fotoşəklindən istifadə edirlər.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, növbəti erməni saxtakarlığı üzə çıxarılıb. Belə ki, İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı olan “əl-İstiqamə” qəzetində dərc olunmuş məqalədə 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş “erməni soyqırımı” qurbanları kimi təqdim olunub. Eyni fotoşəkil, həmçinin, uydurma “erməni genosidi”nin yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin Facebook səhifəsində də yerləşdirilib. Daha ətraflı

🌎

İslamda vətənpərvərlik anlayışı


Vətən sözü – Ərəb sözü olaraq Azərbaycan dilində “bir adamın doğulub böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət” deməkdir. (“Azərbaycan dilinin izahlı lüğəti”)
İbn Mənzur demişdir: “Yaşadığın yer deməkdir. Deyilir ki, filankəs filan yeri özünə vətən seçdi. Yəni qalacağı və yaşayacağı bir məskəni seçdi”. (“Lisən əl-Arab” 13/451)
Zubeydi demişdir: “Vətən insanın qaldığı və yaşadığı yer deməkdir”. (Təcul Arus” 9/362)
İstilahi mənası barədə isə Əli bin Məhəmməd əl-Hüseyni əl-Corcani demişdir: “Əsl vətən insanın doğulduğu və yaşadığı yerdir”. (“ət-Tərifət” səh. 253) Daha ətraflı

🌎

Şeyx ibn Bəzz: “Nümayişlər fitnə və şərə vasitədir” – VİDEO


Sual: Kişilər və ya qadınlar tərəfindən rəhbərlərə və hökumətlərə qarşı təşkil olunmuş və həyata keçirilən siyasi nümayişlər insanları islah etməyin qanuni yolları hesab edilirmi? Və əgər kimsə bu cür aksiyalar zamanı həlak olursa, o şəhid hesab olunurmu?

Cavab: Mən inanmıram ki, nə kişilərin, nə də qadınların (liderlərə təsir etmək üçün) keçirdiyi siyasi nümayişlər çıxış yoludur. Əksinə, onları daha çox fəlakətlərə və şərə səbəb olan yollar hesab edirəm. Onlar insanların zülmə məruz qalmasına və onların hüquqlarının pozulmasına səbəb olur. Daha ətraflı

🌎

İslamın qeyri-müsəlmanlarla davranışı


Bütün təriflər Uca Allaha məxsusdur. İslamın insanlığa baxışı rəhmət və sevgi doludur. Heç başqa cür düşünülə də bilməz. Çünki İslam dini Allahın göndərdiyi dindir. Və bütün insanlığı bu dinə dəvət edir. Eyni zamanda, Allah bu dini vəhy etdi. Yaradılmışların ən mərhəmətlisi olan Məhəmmədin (Allahın ona salavat və salamı olsun) ürəyinə endirdi. Uca Allah bunun doğruluğunu nazil etdiyi Kitabda bu ayə ilə təsdiqləyir: “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. (Qurani-Kərim, “əl-Ənbiya” surəsi, 107-ci ayə)
“Sələf Xəbər” İslamqa.info-ya istinadən Qurandan, Sünnədən və Peyğəmbərin həyatından bu mənanı gücləndirən, təsdiqləyən bir neçə dəlili təqdim edir. Daha ətraflı

🌎

MTN Suriyada döyüşmüş azərbaycanlıları həbs edib


Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Mustafayev Elxan İsa oğlu, Rəsulov Bəhruz Aydın oğlu, Əzizov Kamran İltifat oğlu, Əlixanov Nadir Mahir oğlu, Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu, Məhəmmədzadə Sadiq Yadigar oğlu, Hacıyev Rahim Sədi oğlu, Sultani Vidadi Saleh oğlu və Aslanov Ramil Urfan oğlu tutulublar. Daha ətraflı

🌎

Baş katib: Terrorun dini yoxdur


BMT-nin Baş katibi Pan Qi Mun Fransada terrorçuların məhv edilməsi barədə xəbəri eşitdikdə böyük rahatlıq hissi keçirdiyini bildirib.
“Sələf Xəbər” APA-ya istinadən verdiyi xəbərə görə, bununla belə Pan Qi Mun bəyan edib ki, cinayətkar və qatillərin dini olmur.
Onun sözlərinə görə, Parisdə əsl terror aktı törədilib, lakin onun səbəbi dinlə bağlı deyil. Baş katib Fransanın bundan sonrada tolerantlıq və dini dözümlülük siyasətinə sadiq qalacağına əminliyini ifadə edib. Daha ətraflı

🌎

Terror aktını törədənlər Suriyada döyüşmüş “əl-Qaidə” terror təşkilatının üzvüləridir


Parisdə terror aktını törədən silahlılar Suriyada döyüşüblər.
“Sələf Xəbər” APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın “Le Point” jurnalı yazıb.
Məlumata əsasən, polis artıq üç terrorçulardan ikisinin şəxsiyyətini müəyyənləşdirib. Onların hər ikisi, 32,34 yaşlı Əlcəzair mənşəli Fransa vətəndaşlarıdır.
Terrorçular 2014-cü ilin yayında Suriyadakı silahlı münaqişə zonasından Fransaya qayıdıblar. Fransa polisi digər təfərrüatlar barədə hələlik məlumat vermir. Daha ətraflı

🌎

Terroristlər Səudiyyə Ərəbistanının sərhəd qoşunları komandirini öldürdü


“Sələf Xəbər”-in alarabiya.net-ə istinadən xəbər verir ki, dünən Səudiyyə Ərəbistanının İraqla olan sərhəddində Suveyf sərhəd mərkəzində İraqdan Səudiyyə Ərəbistanına keçmək istəyən terroristlərin hücumu nəticəsində şimali sərhəd qoşunlarının komandiri polkovnik Avad əl-Bələvi, əsgər Tariq əl-Hələvi və Yəhya Əhməd Muqri öldürülmüş, pad. polkovnik Səlim əl-Uteysan isə yaralanmışdır. Daha ətraflı

🌎

İslam Təşkilatı “Charlie Hebdo”da törədilən terror aktını pisləyib


“Bu cür terror aktları yalnız cinayətkarların əməllərini təmsil edir”.

“Sələf Xəbər” www.oic-oci.org saytına istinadən xəbər verir ki, İKT Baş Katibliyinin İslamofobiya Müşahidə Evinin danışmanı 2015-ci il, yanvar ayının 7-də Parisdə “Charlie Hebdo” jurnalının ofisində törədilmiş terror aktını qəti şəkildə pisləyib. Təşkilatın danışmanı öz sözlərinə əlavə edib ki, bu cür terror aktları yalnız cinayətkarların əməllərini təmsil edir. Daha ətraflı

Digər xəbərlər