Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 12.04.2015

Aprel 12
10:57 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

Prezidentin (Allah onu İslam üzərində sabit etsin) ümrə ziyarəti – VİDEO


“Sələf Xəbər”in “A24.az”-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti və ailəsi aprel ayının 6-da Ümrə ziyarətində olmuşdular.
Müsəlman bacı və qardaşlarımızın sevinc, fərəh hissi ilə bu əməlin qəbul olmasını dua edərək izləmək istədiyi videonu təqdim edirik. Daha ətraflı

🌎

Azərbaycan Prezidenti (Allah onu qüvvətləndirsin) ümrə ziyarətində olub – FOTO


Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.

“Sələf Xəbər” AzərTAc-a istinadən xəbər verir ki, arelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar. Daha ətraflı

🌎

İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) və ailəsi Peyğəmbər məscidində – FOTO


Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvlərinin Mədinə şəhərindəki Peyğəmbər məscidində fotoları yayılıb.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, fotolar dövlət başçısının kürəkəni Səməd Qurbanovun adına olan İnstagram səhifəsində paylaşılıb. Daha ətraflı

🌎

Ermənilərin İslam dünyasına qarşı törətdiyi vəhşiliklər davam edir – FOTO


Ermənilərin tarixən Azərbaycana qarşı işğalçılıq və təcavüz siyasəti yalnız 10 minlərlə insanımızın qətli, itkin düşməşi, girov götürülməsi, əlil olması ilə deyil, eyni zamanda, ermənilərin mənəvi dəyərlərimizə qarşı vəhsilikləri ilə səciyyələnir. Daha ətraflı

🌎

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib – FOTO


Azərbaycan prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) və xanımı Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gediblər.
“Sələf Xəbər” President.az-a istinadən xəbər verir ki, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Prezidenti İki Müqəddəs Məkanın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşılayıb. Daha ətraflı

🌎

Müəllimlərin hicab qadağası ləğv edilib


Məhkəmənin qərarında deyilib ki, hicab qadağası dini azadlıqların pozulmasıdır.
Almaniyada ən yüksək instansiya məhkəməsi məktəb müəllimlərinə baş örtüyünü qadağan edən 2004-cü il tarixli qanunu ləğv edib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, məhkəmənin qərarında deyilir ki, hicab qadağası dini azadlıqların pozulmasıdır. Daha ətraflı

🌎

Səudiyyə muftisinə iftira atanlara rəsmi cavab


“Sələf Xəbər” bildirir ki, Səudiyyə Ərəbistanı Krallığının baş muftisi və Böyük Alimlər Məclisi idarəsinin rəisi Şeyx Əbdüləziz Ali-Şeyx rəsmi saytı olan mufti.af.org.sa saytında “şiddətli aclıq anında kişinin həyat yoldaşının ətini yeməsinin icazəliyi” barədə ona nisbət edilən fətvanı inkar edərək batil saymışdır. Daha ətraflı

🌎

Azərbaycan Prezidenti (Allah onu qüvvətləndirsin): “Ermənistan sülh istəmir”


“Ötən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan özünü qeyri-səmimi aparıb”.
“Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur”. Daha ətraflı

🌎

İŞİD bütün ərəb ölkələrini “kafir” elan edib


İŞİD terror xəvaric qruplaşması İraqın Mosul şəhərində “Xilafətə bağlılıq, milləyə xeyir” adı ilə nəşr etdiyi kitabçanı vətəndaşlara paylayıb.
“Sələf Xəbər” Publika.az-a istinadən xəbər verir ki, kitabçada İraq və Suriya istisna olmaqla digər ərəb ölkələri “kafir” elan edilib. Daha ətraflı

🌎

Şeyx ən-Nəcmi: “Sələfilər terrorun əleyhinədirlər”


İslam Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) xəyanət və xainlik etməyi, qadın, uşaq, döyüşmək bacarığı olmayan və döyüşdə iştirak etməyən yaşlıları öldürməyi qadağan etmişdir. Amma terrorçuların əməllərinə baxdıqda görərik ki, onlar bunun tam əksini edir, fitnə-fəsada səbəb olurlar. Daha ətraflı

🌎

Digər xəbərlər