Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 14.06.2015

İyun 14
10:03 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Türkiyə Prezidenti ilə görüşüb


İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Daha ətraflı

🌎

Şeyx əl-Abbad: Qondarma “İŞİD xilafəti” namaz qılanları və digər insanları bıçaqla doğrayır


“Sələf Xəbər” redaksiyası dünyaca məşhur və mötəbər islam alimi, hədisşünas Şeyx Əbdülmühsin əl-Abbadın maraqlı və faydalı məqaləsini sizlərə təqdim etməklə qürur hissi duyur. Biz də öz redaksiyamız adından xalqımız və dövlətimiz üçün əmin-amanlıq, xeyir işlərdə müvəffəqiyyət arzu edirik. Uca Allah bizim ölkəmizi terrorçuluqdan və terror fitnəsindən hifz etsin. Amin! Daha ətraflı

🌎

ABŞ mediası: Azərbaycan ən inkişaf etmiş müsəlman ölkəsidir


ABŞ-ın “Hill” qəzeti Azərbaycanı XXI əsrin ən inkişaf etmiş müsəlman ölkəsi adlandırıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, “Azərbaycan, neft və XXI əsr” başlıqlı məqalədə bildirilir ki, Cənubi Qafqaz ölkəsi olan Azərbaycan qədim “İpək yolu” ölkəsi kimi tanınır. Daha ətraflı

🌎

İŞİD-in sirləri ələ keçirildi


Məlum olub ki, mayın 16-da Suriyada keçirilən xüsusi əməliyyat zamanı terrorçulara məxsus xeyli notbuk, mobil telefonlar və digər informasiya daşıyıcıları ələ keçirilib. Əldə olunan məlumat sayəsində mayın 31-də İŞİD terror xəvaric qruplaşmasının liderlərindən biri olan Əbu Həmidi zərərsizləşdirmək mümkün olub. Lakin İŞİD terror xəvaric qruplaşmasının təmsilçiləri onun öldüyünü təsdiq etməyiblər. Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanı Kralı xeyriyyəçilik proqramında


Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz cümə axşamı günü BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) üzrə icraçı direktorunu qəbul edib.
“Sələf Xəbər” “Al- Arabiyya”-ya istinadən xəbər verir ki, Kral Salman Ertharin Cousini birgünlük səfər çərçivəsində Ciddə şəhərindəki krallıqda qarşılayıb. Daha ətraflı

🌎

İmam Əbu Davud (Allah ona rəhmət etsin) və onun “Sünən” əsəri ilə tanışlıq


İmam Əbu Davudun tam adı Süleyman ibn əl-Əşəs ibn İshaq ibn Bəşir əl-Əzdi əs-Sicistənidir. O, Muhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədislərini əzbərləyən hafizlərindən biridir. Hicrətin 202-ci, miladın 817-ci ilində anadan olmuş, hicrətin 275-ci, miladın 888-ci ilində vəfat etmişdir. Əbu Davud tanınmış hədis alimi Buxarinin tələbələrindən biri olmuşdur. O, öz müəllimindən çoxlu faydalanmış və onun elmi uslubunu özünə yol tutmuşdur. Bəziləri bir çox keyfiyyətlərinə görə Əbu Davudu imam Əhmədə bənzədirdilər. Daha ətraflı

🌎

Şeyx iki milyon müsəlmana iftar verəcək


“Sələf Xəbər”in oxu.az-a istinadən məlumatına görə Ramazan ayı ərzində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təxminən 2 milyon porsiya pulsuz yemək paylamağı planlaşdırırlar. Bu barədə Khaleej Times məlumat verir. Daha ətraflı

🌎

İŞİD-in lideri Əbu Hişam əş-Şişani ölüb


İŞİD terror xəvaric qruplaşmasında partlayıcı qurğuların istehsalatına rəhbərlik edən çeçen əsilli lideri Əbu Hişam əş-Şişani Mosulda baş vermiş partlayış nəticəsində ölüb.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə Rudaw telekanalı məlumat yayıb. Daha ətraflı

🌎

Məscidi partladanlar məhkəmədə – AZƏRBAYCANDA


“Sələf Xəbər” a24.az saytına istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxurda məscidi partlatmaqda təqsirli bilinən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət içi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Vəkil Namiq Hacıyev məhkəmədə vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi Elnur Ələkbərovun MTN- dən Bakı İstintaq tədricxanasına köçürülməsini istəyib. Namiq Nəsibovun vəkili isə ittiham aktı ilə tanış olmadığı üçün vaxt istəyib. Məhkəmənin hazırlıq iclası iyunun 10-da davam edəcək. Daha ətraflı

🌎

Avtomobil sərxoş sürücünü qəbul etməyəcək – YENİLİK


ABŞ-da düşünülmüş və avtomobillərin sükanı arxasına yerləşdirilmiş yeni elektron sistem toxunuş və nəfəs qəbulediciləri ilə sürücünün spirtli içki qəbul etdiyini təsdiqləyərsə, avtomobil kilidlənir və maşını idarə etmək mümkün olmur. Daha ətraflı

🌎

Digər xəbərlər